İlk dəfə! 1 kitabın qiymətinə 15 kitab
Artıq 2 həftədir ki, 15 ən məşhur kitabın qısa məzmununu özündə birləşdirən “Daha ağıllı ol!” kitabı satışdadır və oxucular tərəfindən böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, 10 gün ərzində satışa çıxmasına baxmayaraq 300-ə yaxın kitab satılıb və oxuculara çatdırılıb. Onu da qeyd etmək lazımdır ki, “Daha ağıllı ol!” kitabını oxucular həmçinin şəhərin iri kitab evlərindən də əldə edə bilərlər.
Bəs, bu kitaba olan böyük maraq nə ilə bağlıdır?
Ən əsas səbəblərdən biri ondan ibarətdir ki, bu kitaba daxil olan kitabların hamısı dünyaca məşhur və oxunması vacib olan kitablardır. Məsələn, son dövrlərdə populyarlıq alan Scrum menecment sisteminə həsr olunan “Skrum - İki dəfə daha çox işi iki dəfə az vaxta görmək sənəti” orta və top menecerlər üçün oxunması mütləq olan kitablardan biridir. Oxucular isə “Daha ağıllı ol!” kitabında ə bu möhtəşəm kitabın qısa məzmunu ilə tanış ola bilərlər.
Mündəricat => http://readit.az/agilli_ol_content.pdf
Bundan başqa “Daha ağıllı ol!” kitabına daxil olan kitabların əksəriyyəti bu günə qədər ana dilimizə tərcümə edilməyib. Məsələn, kitabın ilk qısa məzmunu “Rework. Stereotipləri sındıran biznes” kitabı bizə məlum olan bütün stereotipləri dağıdır. Müəlliflər kitabda şirkət yaradılmasında öz şəxsi təcrübələri ilə paylaşır, həqiqətən də dəyərli və tanınan bir şey yaratmaq üçün milyonlarla pul və yüzlərlə əməkdaşın olmasının vacib olmadığını bildirirlər. Dünyaca məşhur olan bu kitab bu günə qədər Azərbaycan dilinə tərcümə edilməmişdir.
Ən əsası oxucular “Daha ağılı ol!” kitabını almaqla 1 kitabın qiymətinə 15 kitabı oxumaq şansı əldə edəcək. Həmçinin kitaba toplanmış mövzular bir çox kateqoriyaları əhatə edir. Menecment, marketinq, satış, strategiya və psixoloqiya kateqoriyalarına bölünmüş kitab istənilən sahədən olan şəxslərin, yəni istər biznes mütəxəssislərinin, istər tələbələrin, istərsə kifayət qədər fərqli sahələrdə işləyən şəxslərin asanlıqla anlayacağı dildə hazırlanıb.
Qeyd edək ki, bu kitab www.readit.az online kitabxanasının çap şəklində olan ilk layihəsidir.
Şəxsi və professional inkişafa önəm verən insanlar üçün nəzərdə tutulmuş “Daha ağıllı ol!” kitabını şəhərin iri kitab evlərindən və ya saytdan online sifariş verə bilərsiniz.
Sifariş üçün = >www.readit.az/book
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 24 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
12 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 12 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
13 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
14 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır



























