Beynəlxalq Bankdan "Payız krediti" kampaniyası - 2 SEÇİM
Azərbaycan Beynəlxalq Bankı payız fəslinə özəl yeni kredit kampaniyası elan edib.
Bu kampaniyanın əsas üstünlüyü ondan faydalanmaq istəyən müştərilərə geniş seçim imkanı yaratmasındadır.
Belə ki, kampaniya çərçivəsində nağd pul kreditini bankdan indi alıb, əsas borcun aylıq ödənişlərinə üç ay sonra başlamaq mümkündür. Yaxud bunun əvəzinə kredit faizlərində 2% endirimi seçmək olar.
Bu iki fürsətin hər hansı birindən Azərbaycan Beynəlxalq Bankının bütün maaş kartı sahibləri faydalana bilər. Pensiya kartı sahibləri üçün isə kampaniya çərçivəsində kreditlər mövcud faizlərə 2% endirimlə, həm də komissiyasız təqdim ediləcək.
Kampaniyanın digər özəllikləri:
- Kreditin məbləği - 20.000 manatadək
- Kreditin müddəti - 60 ayadək
- İllik faiz dərəcəsi - 2% endirimlə, 23%-dən başlayaraq
- Kredit 5000 manata qədər olduqda - ZAMİNSİZ
- Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Kampaniya 10 oktyabra qədər davam edəcək.
Nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı, yaxud pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan kredit sifariş vermək olar. Müştəri kampaniya barədə daha ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























