“Bazarstore” bağlanır, yerini “BRAVO” tutacaq"

“Bazarstore” supermarketlər şəbəkəsinin “28 Mall” ticarət mərkəzində yerləşən filialının bağlandığı bildirilir.
Şəbəkə əməkdaşlarından birinə istinadən verilən məlumata görə, artıq “Bazarstore”un ticarət mərkəzindəki filialında piştaxtaların yığışdırılmasına başlanılıb. Yaxın günlərdə “Bazarstore”un həmin filialı tamamilə boşaldılacaq. Belə ki, “Bazarstore” ilə “28 Mall” arasındakı müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixində başa çatır.
“Bazarstore”un “28 Mall”dakı yerini “BRAVO Supermarket”in tutacağı bildirilir.
Qeyd edək ki, “Bazarstore” mağazalar şəbəkəsi “Azersun Holding” MMC-yə daxildir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Foodinfo
Müştərilərin xəbərləri

Azərbaycanda ilk: İsti yayma yastı polad çubuqları istehsalına və Böyük Britaniyaya fiqurlu yayma ixracına başlandı
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Gömrüyün xətti ilə büdcə daxilolmaları 161 milyon manatdan çox azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İlk 6 ayda icbari tibbi sığorta fondunun xərcləri 1 milyard manatdan çox olub
-
12 saat əvvəl
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
Son Xəbərlər

Unibank Kəpəz Futbol Klubunun sponsoru oldu

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Naxçıvanın bu ilin 6 aylıq iqtisadi göstəriciləri açıqlanıb

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Sığortalanan gilas bağları - 2 DƏFƏ ARTIB

İqtisadiyyat naziri Şimali Makedoniyaya işgüzar səfər edib

Azərbaycanın dövlət borcu açıqlandı

Nazirlik büdcələrin icrasına dair məlumat yaydı - 2,7 MİLYARD MANATLIQ ARTIQLIQ VAR

Əliyev Trampa təşəkkür etdi

Bank və BOKT-lar üçün yeni maliyyə aləti təqdim edildi

Avropada təbii qazın qiyməti yenidən 400 dolları ötüb
