"Mərkəzi Bankın faiz artırmasının TL-yə çox faydası olmaya bilər"
Avropanın iri maliyyə təşkilatı "Commerzbank"ın hesabatında, Türkiyə Mərkəzi Bankının (TCMB) Çərşənbə axşamı günü (bu gün) keçirəcəyi iclasından çıxacaq mümkün bir faiz qərarının təsirləri qiymətləndirilib.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
"Marja" xəbər verir ki, analitiklər Türkiyə Mərkəzi Bankının faizi 100 - 125 bənd artıracağını gözləyirlər. "Commerzbank" da analitiklərə qatılır.
Buna qarşı, faizin artırılması Prezidenti Ərdoğanın "aşağı faiz" siyasətinə ziddir. Hesabatda faizin artırılmasının bazar tərəfindən "müvəqqəti" qəbul edilə bilinəcəyinə diqqət çəkilib.
"Commerzbank" görə, Mərkəz Bankının faiz artırmasının Türk Lirəsinə(TL) çox faydası olmayacaqdır.
Banka görə, Prezidenti Ərdoğan, Xəzinə və Maliyyə naziri Albayrak kimi mühüm adlar yüksək faizlərə qarşıdırlar. Əgər bu adlar faizin artırılmasını dəstəkləsələr TL-nin möhkəmlənməsi baş verə bilər.
"Commerzbank"a görə, faizin artırılması hökumətdən tam dəstək alması halında TL ciddi şəkildə dəyər qazana bilər.
Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Kabineti, 24 İyun seçkilərindən sonrakı ilk iclasını bu gün keçirəcək. Ekspertlərə görə, iyun ayında 15%-i aşan inflyasiya faizin artırılmasını tələb edir.
Mərkəzi Bankın, müstəqilliyini investorların müzakirəsinə səbəb olmadan necə bir yol tutacağı maraqla izlənir.
Mərkəzi Bank sonuncu dəfə 7 İyunda faizi 125 bənd artıraraq 17,75%-ə yüksəltmişdi.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 32 d. əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























