Suyun verilişinin tam bərpası ilə bağlı açıqlama - YENİLƏNİB
"Hazırda Ceyranbatan su anbarındakı təmizləyici qurğularımız tam gücü ilə, Kür çayındakı su təmizləyici qurğularımız isə 80% gücü ilə işləyir".
Bunu açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
"Hazırda Oğuz-Qəbələ xəttindəki su təmizləyici qurğunu işə salmağa hazırlaşırıq. Gün ərzində suyun verilişində sabitlik təmin ediləcək və abunəçilərin böyük əksəriyyətinin axşam saatlarında suyu olacaq", - o qeyd edib.
XXX
"Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb".
Bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllı bildirib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək:
"Oğuz-Qəbələ-Bakı su kəməri də nasoslarla işləyən subarteziyan quyularla qidalandığı üçün, onun da fəaliyyətində fasilə yaranıb. Həmçinin şəhərdaxili nasoslar və anbarların da fəaliyyəti dayandırılmışdı. İndi Ceyranbatanda tam rejimi bərpa etmişik. Kürdə yığım prosesini bərpa etmişik və tam rejimə keçmək üzrəyik. Oğuz-Qəbələ-Bakını da bu saatlarda qoşmağı planlaşdırırıq. Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır. Hidravlik rejimin pozulmaması, sistemdə hava qalmaması və xəttin dağılmaması üçün xəttə su mərhələli şəkildə verilir".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























