1 çıxarışa 150 manat ödəniləcək - Qida sahəsindəki sahibkarların nəzərinə!
"Dövlət rüsumu haqqında" qanuna əlavə və dəyişikliklər edilib.
Dəyişikliyə görə, qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 20 manat tələb ediləcəkdir.
Baytarlıq sertifikatının verilməsinin (bir sənəd) qiyməti 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi (bir icazə) 3 manatdan 10 manata qaldırılıb.
Fitosanitar sertifikatlarının verilməsi üçün:
-Bir poçt göndərişinə (dəst) - 20 qəpikdən 2 manata,
-Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) 1 manatdan 10 manata qaldırılıb.
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
-reyestrdən çıxarışın verilməsi - 150 manat;
-reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
-reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat müəyyən edilib.
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasının dövlət rüsumu 5 qəpikdən 5 manatadək qaldırılıb (Ətraflı aşağıdakı cədvəldə).
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq.
Sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.
Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir
Sıra nömrəsi | Heyvanlar, heyvan mənşəli məhsullar və xammal | Ölçü vahidi | Dövlət rüsumunun məbləği (manatla) |
1 | 2 | 3 | 4 |
1. | Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) | 1 müayinə | 5,00 |
2. | Qoyun və donuz əti (1 cəmdək), donuz piyi — (1 partiya) | 1 müayinə | 4,00 |
3. | Diri quş və quş əti (1 baş və ya 1 cəmdək) | 1 müayinə | 0,05 |
4. | Hazır ət məhsulları (hər biri 1 partiya) | 1 müayinə | 5,00 |
5. | İçalat, dil, baş, dırnaq — 1 partiya | 1 müayinə | 3,00 |
6. | Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya | 1 müayinə | 3,50 |
7. | Yumurta (topdansatış — 1 partiya (1000 ədəddən artıq) | 1 müayinə | 2,50 |
8. | Yumurta (pərakəndə satış — 1 partiya (1000 ədədə qədər) | 1 müayinə | 1,30 |
9. | Süd və süd məhsulları, mum, vərəmum — hər biri 1 partiya | 1 müayinə | 2,60 |
10. | Arı balı — 1 partiya | 1 müayinə | 4,50 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
9 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
9 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
9 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)













