İdxal-ixracda nəzarət sistemi təkmilləşdiriləcək - GÖRÜLƏCƏK TƏDBİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
"Marja" xəbər veri ki, Sərəncam ilə, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı
Sıra №-si | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti | |
1. | Gömrük inzibatçılığının təkmilləşdirilməsi | |||||
1.1. |
İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiqi |
Dövlət Gömrük Komitəsi
Vergilər Nazirliyi
Maliyyə Nazirliyi |
Mallar gömrük sərhədindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərinin müəyyən edilməsi (fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsi halları istisna olmaqla) | Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 dekabr 2018-ci il | |
1.2. |
Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi | Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyi Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlar |
Gömrük prosedurları üçün tələb olunan sənədlərin sayının azaldılması
idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işinin təşkili
gömrük rəsmiləşdirilməsi zamanı “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsi | Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər; “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları ilə Dövlət Gömrük Komitəsi arasında imzalanmalı olan razılaşdırma sənədi |
1 sentyabr 2018-ci il | |
Sıra №-si |
Tədbirin adı |
İcraçılar |
Görüləcək işlər |
Hazırlanacaq layihə | İcra müddəti |
1.3. |
Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi vasitələrinə birgə nəzarət |
Dövlət Gömrük Komitəsi
Vergilər Nazirliyi |
Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi vasitələrinə aidiyyəti qurumla birgə nəzarətin təşkili |
Aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər; Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında imzalanmalı olan razılaşdırma sənədi |
1 avqust 2018-ci il |
1.4. |
Gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə görə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin yalnız elektron formada təqdim edilməsi (fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsi halları istisna olmaqla) |
Dövlət Gömrük Komitəsi
Vergilər Nazirliyi
Maliyyə Nazirliyi
İqtisadiyyat Nazirliyi |
Gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin təqdim edilməsi üzrə elektron xidmətlərin təşkili
gömrük bəyannaməsinin 31-ci və 33-cü qrafasında göstərilən məlumatların tam və ətraflı qeyd olunması üçün müvafiq elektron sistemlərin işlənməsi |
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 yanvar 2019-cu il |
Sıra №-si | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti |
1.5. |
Vergi və gömrük ödənişlərindən azadolunma halllarına nəzarət mexanizminin təşkili |
Maliyyə Nazirliyi
Vergilər Nazirliyi
Dövlət Gömrük Komitəsi
İqtisadiyyat Nazirliyi |
Vergi və gömrük sahəsində qanunvericiliklə müəyyən edilmiş güzəştlərin büdcə gəlirlərinə və sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirinin qiymətləndirilməsi
idxal-ixrac əməliyyatlarında, habelə ölkə daxilində vergi və gömrük rüsumlarından azadolunma halları barədə məlumatlara dair mərkəzləşdirilmiş reyestrin yaradılması və aidiyyəti qurumların həmin məlumatlara çıxışının təmin edilməsi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən texnologiyalar parklarının, İqtisadiyyat Nazirliyi tərəfindən isə sənaye parklarının idarəedici təşkilatına, operatoruna və rezidentlərinə, habelə investisiya təşviqi sənədi almış şəxslərə idxal zamanı gömrük rüsumlarından və əlavə dəyər vergisindən azadolunma hüququndan istifadə məqsədilə verilmiş təsdiqedici sənədlərə dair məlumatların həmin sənədin verildiyi tarixdən 3 iş günü müddətində Dövlət Gömrük Komitəsinə, Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinə müvafiq məlumatların təqdim edilməsi |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq ediləcək “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”
Aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 dekabr 2018-ci il |
Sıra №-si | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti |
1.6. |
Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədilə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi |
Dövlət Gömrük Komitəsi
Vergilər Nazirliyi
Maliyyə Nazirliyi |
Gömrük rəsmiləşdirilməsində yuxarı hədd müddətlərinin azaldılması gömrük prosedurlarında operativliyi təmin etmək üçün “elektron növbə” sisteminin tətbiqi idxal edilən mallara şamil olunan gömrük ödənişlərinin hesablanması məqsədilə sahibkarlar üçün interaktiv elektron kalkulyator xidmətinin Dövlət Gömrük Komitəsinin internet portalında təşkili gömrük orqanlarında göstərilən elektron xidmətlərin genişləndirilməsi xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük rəsmiləşdirilməsinin bütün mərhələlərində yüklər haqqında sms-məlumatların göndərilməsi gömrük sərhədini keçən şəxslərə münasibətdə gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanları tərəfindən ödənişsiz maarifləndirmə xidmətlərinin təşkili gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması üçün birgə seminar və təlimlərin təşkil edilməsi, onların əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması |
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 yanvar 2019-cu il |
Sıra №-si | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti |
2. | Risklərin idarə edilməsi sisteminin inkişafı | ||||
2.1. |
Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin idxal-ixrac məlumatlarına dair alt informasiya sistemlərinə real vaxt rejimində aidiyyəti orqanların çıxışının təmin edilməsi |
Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi |
Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin mövcud qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin icrasında operativliyin təmin edilməsi üçün “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin idxal-ixrac məlumatlarına dair alt informasiya sistemlərinə real vaxt rejimində “Elektron hökumət” informasiya sistemi üzərindən çıxış imkanının təmin edilməsi |
Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında imzalanmalı olan razılaşdırma sənədi |
1 avqust 2018-ci il |
2.2. | Gömrük sərhəd-keçid məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi məqsədilə beynəlxalq standartlara uyğun nəzarət avadanlığının tətbiqi | Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi |
Gömrük sərhəd-keçid məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi məqsədilə beynəlxalq standartlara uyğun nəzarət avadanlığının tətbiqi |
|
1 iyul 2019-cu il |
2.3. |
Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanlarının iştirakı |
Dövlət Gömrük Komitəsi
Vergilər Nazirliyi |
Vergi orqanları əməkdaşlarının rüsumsuz ticarət mağazası yerləşən zonaya buraxılması
mal anbara boşalan zaman vergi və gömrük orqanları əməkdaşlarının birgə nəzarəti
rüsumsuz ticarət mağazalarında malların satışı qaydalarının, malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsi |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nda dəyişikliklər |
1 avqust 2018-ci il |
Sıra №-si | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti |
2.4. |
İdxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risklərin idarə olunması sisteminin təşkili |
Dövlət Gömrük Komitəsi
Vergilər Nazirliyi | Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi aşağı risk qrupunda olan xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanlarının sadələşdirilmiş gömrük prosedurları müəyyən etməsi idxal-ixrac əməliyyatları zamanı riskli xarici iqtisadi fəaliyyət iştirakçılarının yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi ölkə ərazisinə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malları sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin anbarlarına daşıyıcının çatdırması prosesinə nəzarət prosedurlarının müəyyən edilməsi idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi mexanizmlərinin təkmilləşdirilməsi fiziki şəxslərin malları güzəştli qaydada gömrük sərhədindən keçirməsinə nəzarətin təkmilləşdirilməsi idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin işlənməsi |
Aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər, habelə “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi |
1 dekabr 2018-ci il |
Sıra №-si | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti |
2.5. |
Üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarətin gücləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə işçi qrupların və alt işçi qrupların yaradılması |
Dövlət Gömrük Komitəsi
Vergilər Nazirliyi
Maliyyə Nazirliyi
İqtisadiyyat Nazirliyi |
Üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarətin gücləndirilməsi məqsədilə işçi qrupun və dəmir yolları, hava yolları, dəniz nəqliyyatı və quru yolları üzrə alt işçi qrupların yaradılması üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin idxal olunmuş malları onların faktiki sahiblərinə vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə gömrük ərazisində və ya idxalçıların anbar sahələrində (təsərrüfat subyektlərində) təhvil vermələri gömrük təmsilçiliyi (gömrük brokerləri) və gömrük daşıyıcıları sisteminin daha da təkmilləşdirilməsi və vergi ödəyicisi kimi onlara nəzarətin gücləndirilməsi Dövlət Gömrük Komitəsinin müvəqqəti saxlanc yerlərinin reyestrini aparması və bu barədə xarici iqtisadi fəaliyyətin iştirakçılarının məlumatlandırılması, reyestrin Dövlət Gömrük Komitəsinin internet portalında yerləşdirilməsi |
“İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”; idxal olunan yüklər üçün müvəqqəti saxlanc yerlərinin müəyyən edilməsi və saxlanc yerlərinin yaradılmasına dair aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 sentyabr 2018-ci il |
2.6. |
Kənd təsərrüfatı mallarının ixracı prosedurlarının sadələşdirilməsi | Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi
Maliyyə Nazirliyi |
Kənd təsərrüfatı məhsullarının ixrac əməliyyatlarına dair gömrük prosedurlarının sadələşdirilməsi və logistik xidmətlərin asanlaşdırılması |
Aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 oktyabr 2018-ci il |
Sıra №-si | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti |
2.7. |
Malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsinə və bununla bağlı məlumatların xüsusi proqram təminatı ilə yığılmasına xidmət edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin tətbiqi |
Maliyyə Nazirliyi Vergilər Nazirliyi Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi |
2019-cu il yanvarın 1-dən Azərbaycan Respublikasının ərazisində istehsal olunan, yaxud ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, 2019-cu il martın 1-dən isə alkoqollu içkilərin və pivənin istehsalı, idxalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsini təmin edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin tətbiqi
Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminə daxil edilməli digər məmulatlara dair təkliflər hazırlanması |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq ediləcək “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlanmalı olan mallara nəzarət markalarının tətbiqi, təqdim edilməsi, uçotunun aparılması və dövriyyəsinə nəzarət Qaydaları”;
aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 yanvar 2019-cu il |
№ | Tədbirin adı | İcraçılar | Görüləcək işlər | Hazırlanacaq layihələr | İcra müddəti |
3. | Beynəlxalq əməkdaşlığın inkişafı | ||||
3.1. |
Beynəlxalq təcrübə nəzərə alınmaqla, xarici ticarətin gömrük statistikasının təkmilləşdirilməsi |
Vergilər Nazirliyi
Dövlət Gömrük Komitəsi
Dövlət Statistika Komitəsi |
Beynəlxalq təcrübə, o cümlədən xarici ticarətdə əsas tərəfdaş ölkələrin təcrübəsi nəzərə alınmaqla, “xarici ticarət gömrük statistikasının metodologiyası” əsasında əsas xarici ticarət tərəfdaşı olan ölkələrə vahid yanaşmanın təmin edilməsi
idxal və ya ixrac olunan mallara daha səmərəli nəzarətin təşkili üçün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında təfsilatlı kodlaşdırma sisteminin yaradılması |
Aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər |
1 oktyabr 2018-ci il |
|
| Maliyyə Nazirliyi |
|
|
|
|
Əsas xarici ticarət tərəfdaşı olan ölkələrlə məlumat mübadiləsinin genişləndirilməsi |
Vergilər Nazirliyi
Dövlət Gömrük Komitəsi |
Əsas xarici ticarət tərəfdaşı olan ölkələrin ixracatçılarının bəyan etdikləri malların gömrük dəyərini özündə ehtiva edən məlumat mübadiləsinə dair əməkdaşlığın genişləndirilməsi |
|
|
3.2. |
|
Dövlət Statistika Komitəsi |
| Mütəmadi | |
|
| Maliyyə Nazirliyi |
|
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
"Müştəri bazamızda təxminən 70%-lik artım qeydə alınıb" - MÜSAHİBƏ
- 6 saat əvvəl
-
6 saat əvvəl
AMFA 3 təşkilatı xüsusi nominasiyalar üzrə mükafatlandırıb - ADLARI
-
6 saat əvvəl
10-cu Milli Marketinq Forumunun ilk gününün spikerləri bəlli oldu!
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank”ın dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi
-
8 saat əvvəl
Azərbaycan “Sony”ni ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alıb
Son Xəbərlər

"Qızıl yeganə təhlükəsiz sığınacaq aktivi ola bilər"

"Müştəri bazamızda təxminən 70%-lik artım qeydə alınıb" - MÜSAHİBƏ

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

10-cu Milli Marketinq Forumunun ilk gününün spikerləri bəlli oldu!

Prezident İlham Əliyev Çində dövlət səfərindədir

"Azərbaycanda auditor çatışmır"
Ən çox oxunanlar

Mərkəzi Bankda daha iki təyinat olub

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu açıqlanıbdı

Azərbaycan bankı Özbəkistan şirkətinə kredit ayırdı - MƏBLƏĞ

Azərbaycanın rəsmi qurumu “Ookla” şirkətilə danışıb: “SpeedTest” saxtakarlığının qarşısı alınacaq
