970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mağaza və ofis kirayəsi daha da BAHALAŞIB

Kommersiya obyektlərinin kirayəsi bahalaşır – 1 kvadratmetr 16 manata çatıb. Azərbaycanda obyektlərin aylıq icarə haqqı 2000 manatdır – YENİ HESABAT
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mağaza və ofis kirayəsi daha da BAHALAŞIB
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilinə əsasən, hesabat dövründə müxtəlif əmlak seqmentlərində fərqli qiymət meyilləri qeydə alınıb. 

Palatadan Marja.az-a bildirilib ki, təhlilə görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr, AQP indeksi isə 98,4 olub. Sentyabr ayının medianı ilə müqayisədə cüzi, 0,05 faizlik azalma qeydə alınıb. İndeksin baza dövründən 1,6 faiz aşağı olması bu seqmentdə satış qiymətlərinin hələ də baza səviyyəsinə çatmadığını göstərir.

Reklam_3_11

Kommersiya obyektlərinin icarəsində isə əks tendensiya müşahidə edilib. Median icarə qiyməti sentyabr ayındakı 15 manatdan oktyabrda 16 manata yüksəlib. AQP indeksi 98,4-dən 104,9-a çatıb, aylıq artım 6,7 faiz təşkil edib. Median aylıq icarə haqqı 2 000 manat olub. Bununla belə, ofis, ticarət, iaşə, anbar və istehsal sahələrinin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Bu obyektlərin təyinatı və ölçüləri üzrə təklif strukturunun dəyişməsi ümumi median qiymətə təsir edə bilər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Kommersiya obyektləri obyektlərin kirayəsi obyekt kirayəsi qiymətləri Azərbaycanda obyekt qiymətləri kommersiya daşınmaz əmlakı mağaza kirayəsi ofis kirayəsi kommersiya obyektlərinin satışı obyektlərin icarə haqqı daşınmaz əmlak bazarı 2026 Azərbaycan Qiymətləndiricilər Palatası AQP qiymət indeksi icarə qiymətləri kommersiya əmlakının qiyməti
04.11.2026 15:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19