Vətəndaş üçün “ASAN Xidmət”, biznes üçün “KOB evləri”

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanı ilə (Fərman) “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi” (Nizamnamə) və “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” təsdiq edilmişdir.
Bununla da kiçik və orta biznes evlərində (KOB evlərində) dövlət qurumları tərəfindən sahibkarlara vahid məkanda xidmət göstərilməsinin əsası qoyulmuşdur.
KOB evlərinin təşkili və fəaliyyətinin təmin edilməsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (Agentlik) tapşırılmışdır.
Nizamnaməyə əsasən, Agentlik mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin sahibkarlara vahid məkanda (KOB evlərində) xidmət göstərmələrini təşkil etməli, əlaqələndirməli və xidmətlərin sahibkarların məmnunluğu təmin edilməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun göstərilməsinə nəzarət etməlidir.
KOB evlərində dövlət qurumları tərəfindən göstəriləcək xidmətlər
2018-ci il 26 iyun tarixli Fərmanla təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na əsasən, KOB evlərində 31 dövlət orqanının (nazirlik, agentlik, komitə, fond və digər qurumların) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi təxminən 110 adda xidmətləri cəmləşəcəkdir.
KOB evlərində xidmət göstərəcək qurumların və onların xidmətlərini bəzilərini qeyd etmək məqsədəmüvafiq olardı.
Məsələn, Azərbaycan Respublikasının Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması; kommersiya hüquqi şəxslərinin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi; kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması; fiziki şəxslərin vergi uçotundan çıxarılması; nəzarət-kassa aparatının qeydiyyatı və qeydiyyatdan çıxarılması; vergi bəyannamələrinin qəbul edilməsi; “ASAN imza”nın verilməsi xidmətlərini KOB evlərində göstərəcəklər.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi səlahiyyətli iqtisadi operator statusunun verilməsi; gömrük prosedurları ilə bağlı icazələr alınması; malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi 4. rüsumsuz ticarət mağazasının yaradılması; hasilatın pay bölgüsü sazişlərinə əsasən, subpodratçılara idxal zamanı rüsum və vergilərdən azadolunma sertifikatının verilməsi; yük müşayiət sənədlərinin (Bar code, CMR, AWB, Invoice, Packing list, Certificate of Origin) mal sahibinə təhvil verilməsi; malın gömrük dəyərinin müəyyənləşdirilməsi xidmətlərini bu evlərdə həyata keçirəcəkdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişlərinin qeydiyyatı; dövlət sosial sığorta şəhadətnaməsinin verilməsi; məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu; məşğulluq (o cümlədən özünüməşğulluq) xidmətlərini KOB evlərində göstərəcəkdir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi lisenziyaların verilməsi; sadalanan icazələrin verilməsi: xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi, sənaye parkının qeydiyyat şəhadətnaməsi, investisiya təşviqi sənədi, sənaye, yaxud texnologiyalar parklarının rezidentinə, idarəedici təşkilatına və operatoruna, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənəd, malın mənşə ölkəsini təsdiq edən sertifikat; AZPROMO-nun göstərdiyi xidmətlər; kommersiya hüquqi şəxslərinə münasibətdə qrantların qeydiyyatı; “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin fəaliyyəti üzrə və Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti üzrə məsləhət və əlaqələndirmə xidmətləri göstərilməsi bu evlərdə həyata keçirəcəkdir.
Siyahıdan da göründüyü kimi, KOB evlərində dövlət qurumları tərəfindən sahibkarlıq sahəsində ən zəruri xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Agentlik dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcəkdir.
Eyni zamanda, Agentlik KOB evləri və ya digər struktur vahidləri çərçivəsində sahibkarlara müxtəlif xidmətləri (biznes inkubasiya, təlimlər, məsləhət xidmətləri, informasiya, hüquqi yardım, maliyyə xidmətləri və s.) təşkil edə, sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada mediasiya yolu ilə həlli üçün müvafiq tədbirlər görə, onlayn və distant təlim və yardım proqramlarının (təlim, məsləhət, sual-cavab, biznes planlarının və investisiya layihələrinin tərtibi və s.) həyata keçirilməsini təmin edə və bir sıra digər tədbirləri görə bilər.
Bununla yanaşı, Agentlik sahibkarların problemlərinin çevik həlli ilə bağlı tədbirlər görmək, onların şikayətlərini qəbul etmək, araşdırmaq, dövlət orqanları və təşkilatlarının sahibkarların qanuni hüquqlarını pozan qərarları (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı dövlət orqanları və təşkilatları qarşısında məsələ qaldırmaq; habelə, müvafiq müqavilələr əsasında sahibkarlara vergi, gömrük, mühasibat uçotu, ofis, məsləhət, laboratoriya müayinəsi, biznes inkubasiya, təlim, mentorluq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətləri və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qadağan olunmayan digər xidmətlər göstərilməsini təmin etmək vəzifələrini daşıyır.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Vahid “G2B” (dövlət–biznes) elektron reyestri
26 iyun 2018-ci il tarixli Fərmanda, eyni zamanda, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestrinin yaradılması da nəzərdə tutulmuşdur.
Aparılması qaydası 3 ay ərzində müəyyən edilməli olan həmin reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirəcəkdir.
“e-KOB evi” portalı
Fərmanda KOB evlərində və elektron formada vahid platforma üzərindən göstərilməsini nəzərdə tutan “e-KOB evi” portalının yaradılması da nəzərdə tutulur.
Eyni zamanda, Nizamnamədə Agentliyin üzərinə vəzifə kimi qoyulmuşdur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan sənədlər, vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.), biliklərin və resursların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” bölməsinin və “Elektron sahibkar” sisteminin yaradılmasını, elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etsin.
Bundan başqa, Agentlik ölkədə fəaliyyət göstərən sahibkarların işini əlaqələndirmək, sahibkarlığın təchizat zənciri sisteminin və satınalma şəbəkəsinin yaradılmasını və idarə edilməsini təşkil etmək üçün portalın daxilində “KOB e-şəbəkə”sini yaratmalı və elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etməlidir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Yekun mülahizə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə elan edilmiş Strateji Hədəflər sırasında tədbirlərindən biri kimi isə KOS (KOB) evinin yaradılması nəzərdə tutulmuşdu. 26 iyun 2018-ci il tarixli Fərmanı həmin Strateji Yol Xəritəsinin həyata keçirilməsi kimi qiymətləndirmək olar.
Ümid edirik ki, Fərmanla tapşırılan işlər müvafiq orqanlar tərəfindən vaxtında tamamlanacaq, KOB evlərinin fəaliyyəti üçün hüquqi və maddi-texniki baza yaradılacaq, bu evlər hədəflərə uyğun fəaliyyət göstərməklə kiçik və orta biznesin inkişafına əhəmiyyətli dərəcədə töhvə verəcək və “ASAN Xidmət” kimi uğurlu layihəyə çevriləcəkdir.
Müəllif: Allahverən Oruclu
Vəkil, biznes hüququ üzrə hüquqşünas
Müştərilərin xəbərləri
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
Türkiyənin tanınmış eksperti Bakıda master-klas keçirəcək - YER SAYI MƏHDUDDUR
- 15 d. əvvəl
- 53 d. əvvəl
-
-
3 saat əvvəl
Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı
-
14 saat əvvəl
Çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
-
14 saat əvvəl
"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Sabah Azərbaycan Mərkəzi Bankı mühüm qərarını açıqlayacaq

"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Birjadan "Unibank"ın dollar istiqrazları barədə qərar

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub
Ən çox oxunanlar

Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib

“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi

PAŞA Kapital 2024-cü ildə gəlirini 42% artırıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı
