Kiyevdə Azərbaycan Ticarət Evi açıldı
İyunun 22-də Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 m²-ə yaxındır.
Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin və iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Ukrayna əməkdaşlığı uğurla inkişaf edir, xalqlarımızı tarixi dostluq əlaqələri birləşdirir. Azərbaycan və Ukrayna dövlət başçılarının yüksək siyasi iradəsi nəticəsində bu gün ölkələrimiz arasında münasibətlər strateji səviyyəyə yüksəlib, möhkəm müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və Ukrayna Prezidentləri Şurası, iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir.
Qeyd edilib ki, Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ilin nəticələrinə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsində 6-cı yeri tutub. Ümumiyyətlə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq 810 mln. dollar, bu ilin 4 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 261,7 mln. dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
-
1 saat əvvəl
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
-
1 saat əvvəl
Novruzda hərəkətsiz qalmayın: Decathlon Bakıda sizi gözləyir
-
1 saat əvvəl
"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərinin hava proqnozu açıqlanıb
Martın 20-də gözlənilən hava şəraiti
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
Qızılın unsiyasının qiyməti 4800 dollardan da aşağı düşdü
Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
Ən çox oxunanlar
Apple-ın Çində smartfon satışları 23% artıb
5-ci "KOB evi" Gəncədə istifadəyə verildi
Azərbaycan neftinin son qiyməti - 118 dollara yaxınlaşıb
Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı
Azərbaycandan keçməklə Ermənistana daha 7 vaqon taxıl yola salınıb
Ziraat Bank Azərbaycan “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maarifləndirici tədbir təşkil edib
Bu kredit “gəl-gəl” deyir! – EXPRESSBANKDAN TƏKLİF
















