Hədiyyəlik qutularda satışa çıxarılıb - ARTIQ 500-Ü SATILIB
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” MMC-nin, Babək “Sirab” ASC-nin və Ordubad “Qənnadı Məmulatları” MMC-nin istehsal etdiyi məhsullar üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan hədiyyəlik qutularda satışa çıxarılıb.
“Ləzzət Qida Sənaye” MMC-nin istehsalı olan və üzərində Naxçıvanın simvolları əks edilmiş kakaolu kokos kremli vafli, rahat lokum, peçenye, habelə qarışıq çərəz, qovurulmuş fıstıq və qarğıdalı çubuqlarından ibarət hədiyyəlik çanta yüksək zövqlə dizayn olunub. Şəhərin mağaza və marketlərində geniş alıcı kütləsi qazanan bu məhsullar Naxçıvandan hədiyyə ilə geri qayıtmaq istəyən turistlər üçün çox yaxşı seçimdir. Eləcə də Babək “Sirab” ASC-nin istehsalı olan 0,33 litr qazsız, 0,5 litr qazlı şüşə qablara doldurulmuş “Sirab” suyu və üzərində “Sirab” loqolu stəkandan ibarət hədiyyəlik çanta min bir dərdin dərmanı olan Naxçıvanın mineral sularının daha geniş tanıdılması baxımından maraqlı kompozisiyadır.
Muxtar respublikaya xas yerli məhsulların istehsalı sahəsində uğurlu fəaliyyət göstərən digər müəssisə olan Ordubad “Qənnadı Məmulatları” MMC-nin “Ordubad nemətləri” əmtəə nişanı ilə satışa çıxarılan məhsullarının “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu ilə dizayn olunmuş hədiyyəlik çantalarda alıcılara təklif olunması bu müəssisənin istehsal etdiyi məhsulların daha həvəslə alınmasına imkan yaradıb. Müəssisənin Naxçıvan şəhərindəki satış mağazasından bildiriblər ki, burada “Ordubad nemətləri” əmtəə nişanlı mürəbbə, bəkməz, kompot və digər məhsullara tələbat böyükdür. Hədiyyəlik çantalarda qablaşdırılmış 500 qramlıq şüşə qablarda satışa verilən ərik, tut, qoz, qızılgül mürəbbələri dəsti maraqla qarşılanıb. Artıq 500-dən çox belə hədiyyə dəsti satılıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 9 saat sonra
- 23 d. əvvəl
-
1 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib























