"45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq"
“Azərbaycanda aqroparkların yaradılması dövlət xətti ilə həyata keçirilir”.
Bunu bu gün Azərbaycan prezidenti İlham ƏliyevGoranboy rayonunda “Region Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, Goranboy rayonunun iqtisadi potensialının möhkəmlənməsində bu aqroparkın çox böyük rolu olacaq:
“Dövlət öz dəstəyini növbəti dəfə göstərib. Dövlət özəl sektora daim diqqət və dəstək göstərir. Vaxtilə istifadəsiz qalmış bu ərazidə dövlət xətti ilə böyük infrastruktur layihələri icra edilib. Yollar, qaz, elektrik və su xətləri çəkilib, suvarma işləri görülüb, dövlət xətti ilə ən müasir texnika alınıb. Bu texnikanın bir hissəsi burada nümayiş etdirilir. Bu, dünyanın ən aparıcı şirkətinin texnikasıdır. Dövlət xətti ilə 40-dan çox texnika gətirilib və bu aqroparka lizinqlə verilib. Dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılıb. Aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyub. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır. Böyük investisiyalar qoyulur və bu investisiyaların böyük səmərəsi olacaq. Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal təşkil olunur. Burada bir çox kənd təsərrüfatı məhsulları yetişdiriləcək və əminəm ki, ölkə bazarına, xarici bazarlara çıxarılacaq”.
Prezident İlham Əliyev bildirib ki, bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb: “Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda istifadəyə verilib. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulub. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax, bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq. Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilib ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin. Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcək. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq. Bu aqroparkın yaradılması məni çox sevindirir. Çünki bu gün biz siyasətimizin real nəticələrini görürük. Bu, bir daha göstərir ki, biz düşünülmüş siyasət aparırıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
- 32 d. əvvəl
-
51 d. əvvəl
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
-
1 saat əvvəl
Dolların bahalaşması və istiqraz gəlirlərinin artması fonunda qızıl ucuzlaşır
-
1 saat əvvəl
"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®
-
1 saat əvvəl
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Bridge Group”un 90%-nə sahib olduğu şirkətdə ciddi geriləmə: gəlir 12,6 milyon, mənfəət 3,7 milyon manat azalıb
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























