30 milyon manatlıq aqropark - “Bozdağ massivi”nə həyat verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda “Region Agropark”ın açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov və aqroparkın direktoru Sənan Qədimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.
Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində müxtəlif bölgələrdə ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. “Region Agropark” da belə müəssisələrdən biridir.
Ümumi dəyəri 30 milyon manat olan aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.
Aqropark tərəfindən “Bozdağ massivi” ərazisində yerləşən, yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yarğanlar doldurulub, yüksək keyfiyyətli hamarlama işləri aparılıb, sahələr kol-kosdan təmizlənib, torpağın biohumus qatının bərpası məqsədilə böyük həcmdə kompos verilib.
Torpağın tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülərək Türkiyənin beynəlxalq akkreditasiya olunmuş “Laben” laboratoriyasına göndərilib və analizlərin nəticələrinə uyğun əkin planı hazırlanıb. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik iki mərtəbəli tam infrastruktura malik müasir yataqxana və ikimərtəbəli ofis binası tikilib.
Diqqətə çatdırılıb ki, hazırda respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri davam etdirilir. İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 110 milyon manatadək dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboyda yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər başa çatdırılıb.
Qeyd edək ki, həyata keçirilən bu layihənin ikinci mərhələsi çərçivəsində ərazilərin hazırlanması məqsədilə mövcud iri yarğanlar torpaqla doldurulacaq, ərazi kol-kosdan təmizlənəcək, əkinə hazırlıq işləri aparılacaq, 2700 hektar sahədə Amerika istehsalı olan 31 müasir pivot suvarma sistemi qurulacaq və meyvə bağlarının sahəsi 200 hektara çatdırılacaq. Bundan başqa, aqroparkda gündəlik istehsal gücü 120 ton olan bitki yağları istehsalı fabriki, ümumi tutumu 2 min ton olan soyuducu anbar kompleksi, 10 hektar sahədə müasir istixana kompleksi yaradılacaq. Aqroparkda hazırda 100 nəfər daimi işlə təmin edilib. Burada bitkilərin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi məqsədilə ilkin olaraq 2000 hektar sahədə Amerika istehsalı olan və məsafədən idarəetmə mexanizminə malik 24 müasir suvarma sistemi qurulub. Uzun müddət əkin aparılmadığına görə ərazidə dərin və çarpaz reperlənmə işləri aparılıb, torpaq müxtəlif üzvü və qeyri-üzvi gübrələrlə zənginləşdirilib. Bərpa olunmuş torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb. Aqroparka məxsus torpaq sahələrinin Bozdağ ərazisində əmələ gələn sel sularından mühafizəsi məqsədilə 15,5 kilometr uzunluğunda seltutucu kanal inşa olunub.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, aqroparkda zəruri infrastrukturun yaradılması məqsədilə qoyulmuş 35 milyon manat dövlət əsaslı investisiya hesabına ərazini öz axını ilə suvarma suyu ilə təmin etmək üçün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici boru kəməri, sututumu 100 min kubmetr olan dəmir-beton üzlüklü hovuz, sututumu 300 min kubmetr olan torpaq əsaslı hovuz inşa olunub. Bundan əlavə, 35/10 kV-lıq yarımstansiya da inşa edilib, Lək yarımstansiyasından 14 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti, Qazıməmməd-Qazax magistral qaz kəmərinin “Ağasıbəyli” Qazpaylayıcı Stansiyasından 12 kilometrlik qaz xətti çəkilib və Fəxralı kəndindən əraziyə 9,4 kilometr uzunluğunda yeni asfalt yol salınıb.
Sonra dövlətimizin başçısı aqroparkın kollektivi ilə görüşüb.
“Region Agropark”ın direktoru Sənan Qədimov Prezident İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Görüşdən sonra dövlətimizin başçısı aqroparkda ilk buğda biçini prosesini izləyib.
Qeyd edək ki, aqroparkın texnika ilə təchizatına xüsusi diqqət yetirilib. Belə ki, “Aqrolizinq” ASC-dən uzunmüddətli lizinq əsasında Amerika istehsalı olan 20 adda 41 “John Deere” və Türkiyə istehsalı olan müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqatlar alınaraq istehsal prosesinə cəlb edilib.
Xatırladaq ki, innovativ texnologiyaların tətbiqinə, yüksək məhsuldarlığın əldə olunmasına, ərzaq bolluğunun və yeni iş yerlərinin yaradılmasına imkan verən bu cür aqroparklar istehsal ediləcək məhsulların geniş çeşidi ilə diqqət çəkir və konkret olaraq bu aqroparkda ilkin hesablamalara görə ildə 600 milyon manatdan çox kənd təsərrüfatı məhsullarının istehsalı planlaşdırılır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı
SON XƏBƏRLƏR
-
11 saat əvvəl
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
-
11 saat əvvəl
Azərbaycanın Baş naziri Daşkənddə Özbəkistan Prezidenti ilə görüşüb
-
11 saat əvvəl
ATL Akademiya və ATL Tech-dən texnologiya sahəsində qadınlara dəstək
-
-
12 saat əvvəl
“PAŞA Bank”ın xalis mənfəətinin azalmasının səbəbi açıqlanıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı
-
14 saat əvvəl
İri bank Bakı Ağ Şəhərdə yeni inzibati binaya köçəcəyini açıqladı
-
14 saat əvvəl
Prezident Azərbaycanla Çin arasında viza rejiminin ləğvini təsdiqlədi
-
14 saat əvvəl
Bank 2025-də Şuşada filialını, Ağdamda nümayəndəliyini açacaq
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Azərbaycanın Baş naziri Daşkənddə Özbəkistan Prezidenti ilə görüşüb

ATL Akademiya və ATL Tech-dən texnologiya sahəsində qadınlara dəstək

“PAŞA Bank”ın xalis mənfəətinin azalmasının səbəbi açıqlanıb

VTB (Azərbaycan) "Monopoliya" stolüstü oyununu alır

Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı
Ən çox oxunanlar

İri bank Bakı Ağ Şəhərdə yeni inzibati binaya köçəcəyini açıqladı

Bank 2025-də Şuşada filialını, Ağdamda nümayəndəliyini açacaq

Gömrük Komitəsinin yeni 18 mərtəbəli binasının açılışı oldu

SOCAR 3 milyon dollar faiz ödədi

OBA “Best Managed Companies Azerbaijan 2025” qalibi oldu

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib
