Sürücülər həm Xırdalan yoluna, həm də Bünyadova rahat çıxa biləcəklər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
Agentlikdən “Marja”ya verilən məlumata görə, sözügedən yol Böyük Şor gölünün üzərindən inşa edilir.
Belə ki, 2,7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hər bir zolağın eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub.
İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.
Hazırda əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri aparılır, yararsız qrunt təqribən 160 min kub.m həcmdə qazılaraq çıxarılır. Bundan başqa, yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılır, hündür hissələr isə qazılaraq aşağı salınır, tökülmüş torpaq lay-lay kipləşdirilir və 23,5 metr enində, təqribən 58 min kub.m həcmdə yeni yol yatağının tikintisi işləri aparılır.
Yolboyu istiqamətləri ayırmaq məqsədi ilə 1 metr enində və 2 727 metr uzunluğunda yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 metr olacaq. Bu məqsədlə əsas yol boyu dənəvər tərkibli əsasla 475 kv.m sahədə səkilərin, optimal qum-çınqıl qarışığından isə 8 480 kv.m sahədə isə çiyinlərin tikintisi aparılacaq. Layihə çərçivəsində əsas yol boyu ayrıcı zolaq və səkilərin kənarlarına 8 200 paqon-metr səki daşı düzüləcək, 16 ədəd yol nişanı və 3 400 paqon-metr metal sədd çəpərləri quraşdırılacaq, qrunt sularını axıdılması üçün isə 1 372 metr uzunluğunda, 300 mm diametrində drenaj borular çəkiləcək.
Yeni avtomobil yolunun əvvəlində və sonunda 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət tunellərin inşası da planlaşdırılır. Tunellərin uzunluqları müvafiq olaraq 417,5 metr (qapalı hissə 67,5 m) və 294,5 metr (qapalı hissə 22.5 m) təşkil edəcək. Tunellərin qapalı hissəsinin konstruksiyası düzbucaqlı qutu tiplidir. Bura döşəmə, divar və örtüyü konstruksiyası daxildir.
Hazırda tunellərin inşası məqsədi ilə monolit dəmir-beton svayların vurulması işləri görülür. Ümumilikdə hər iki tunel üçün uzunluğu 22 800 metr olan 1000 mm diametrli svaylar vurulacaq. Bundan başqa, tunellərin inşası zamanı monolit dəmir-betonla istinad divarlarının və döşəmənin inşası, həmçinin tunellərin müxtəlif diametrli su və neft borularının altına düşən hissəsində monolit dəmir-beton divarların quraşdırılması işləri aparılacaq, tunelin konstruksiyası ruberoid və bitumla izolyasiya olunacaq.
Layihəyə uyğun olaraq, tunellərdə 180 metr uzunluğunda monolit dəmir-beton su axıdan kanal quraşdırılacaq, 360 metr uzunluğunda səki daşları düzüləcək, tunellərin döşəməsinin altındakı qrunt sularının kənara axıdılması üçün 300 və 500 mm diametrində 3 520 metr uzunluğunda metal borular quraşdırılacaq, divar, sütun və tavan üzlük materiallarla üzlənəcək, giriş və çıxış hissələrdə elektron reklam lövhələri quraşdırılacaq, həmçinin 1 400 və 1 600 mm diametrli su kəmərlərinin mühafizəsi üçün qapalı monolit dəmir-beton tunel inşa olunacaq.
Aparılan işlər çərçivəsində 4 avtobus dayanacağı quraşdırılacaq, yeni yolun giriş və çıxış hissələrində qovşaqlar qurulacaq. Qovşaqların ətrafında 300 kv.m sahədə səki inşa ediləcək, qovşaqların ərazisində 655 metr uzunluğunda səki daşları düzüləcək. Həmçinin sutkanın qaranlıq saatlarında yolun işıqlandırılması üçün müasir işıqlandırma sistemi qurulacaq, yol boyu bir və iki tərəfli işıqlandırmanı təmin edən 461 ədəd işıq dirəkləri quraşdırılacaq.
Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işlərinə uyğun olaraq hazırda torpaqların alınması və müxtəlif təyinatlı maneələrin, yəni hərbi təyinatlı obyektin, biznes obyektlərinin, fərdi yaşayış evlərinin sökülməsi, həmçinin yola düşən yüksək gərginlikli hava xəttinin dayağının, əhali və sənaye obyektləri üçün nəzərdə tutulmuş 250 mm diametrində 2 ədəd qaz xəttinin, uzunluğu 300 metr, diametr 300 mm olan kanalizasiya xətlərinin və yüksək təzyiqli qaz və neft xətlərinin köçürülməsi və mühafizəsi, həmçinin 90 metr uzunluğunda və 530 mm diametrində yeni kanalizasiya xəttinin çəkilməsi işləri də aparılır.
Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, nəqliyyat vasitələri 20 Yanvardairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətinə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcəklər. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə sözügedən istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa, yuxarıda sadalanan qəsəbələrin sakinlərinin Ziya bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də ki, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.
Tikinti işləri tərtib olunmuş qrafiklə mövcud tikinti norma və standartlarına uyğun şəkildə yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yeni yolun tikintisinin 2019-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 saat əvvəl
Ən ucuz uçuş və otel təkliflərini tap - Bütün səfərlər bir platformada
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
-
1 gün əvvəl
İş icazəsi olan 1800 nədərdən çox əcnəbi Azərbaycanın tikinti sahəsində çalışır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
-
1 gün əvvəl
Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ
-
1 gün əvvəl
Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
Son Xəbərlər

Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Maaş kartını Bank of Baku-ya gətir, üstünlüklər əldə et

“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu

Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ
Ən çox oxunanlar

Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib

VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib

Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Dövlət büdcəsində 3 milyard 536 milyon manatlıq artıqlıq yaranıb

Putin, iqtisadiyyatı xeyli zəifləmiş vəziyyətdə Alyaskaya gəlir

Məzuniyyət, hesablanma qaydası və kompensasiya - VİDEO

“Olimp Construction” şirkətinin nizamnamə kapitalı 20 milyon manata yaxın azaldıldı

Bu il Azərbaycanda 1 milyon 583 min ton buğda istehsal olunub
