"Kupça" telefona göndərilir – DAHA BİR YENİLİK
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır. Komitənin bununla bağlı açıqlanan hədəflərinə görə, qeydiyat xidmətləri əhaliyə daha da yaxınlaşmalıdır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas prinsip - vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında olması qəbul edilib. Komitədən verilən məlumata görə, artıq bu istiqamətdə yeni yanaşmalar və layihələr reallaşdırılır.
Mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində verilməsidir.
Digər vacib dəyişiklik çıxarışların elektron şəkildə verilməsidir. Komitə bildirir ki, əhali bu yeniliyə böyük maraq göstərir – qısa müddət ərzində 2000 nəfərdən çox elektron çıxarış alıb. Qeyd edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron kabinetə yüklənir. Bu kabinetə həm adi kompüter, həm də mobil telefon vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını elektron kabinetdən telefona yükləmək və istifadə etmək olar.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Ümumiyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir.
Əmlakın qeydiyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak Kalkulyatoru işə düşüb.
Komitənin elan etdiyi yeni iş prinsipi də artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Belə ki, “kütləvi çıxarış” və “mobil ofis” kampaniyalarında əhali uzaq məsafə qət etmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirə bilir.
Paralel olaraq komitə əhalinin qeydiyat xidmətləri ilə bağlı rəylərini də toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və əhali arasında sorğular keçirilir, bu sorğular problemləri aradan qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat sonra
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
-
1 saat əvvəl
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
Ən çox oxunanlar
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
























