Dərman şirkətlərinin vəzifəli şəxsləri həbs edildi
Ölkənin səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı əhalinin sağlamlığına ciddi təhlükə yaradır.
Son dövrlər belə qanunsuz fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi əhalinin haqlı narazılığına səbəb olmuş və bu barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin tədbirlər çərçivəsində Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.
Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələrii istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
10 saat əvvəl
Kabab evində at əti şübhəsi – Fəaliyyəti dayandırıldı, sahibkar məsuliyyətə cəlb olundu
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
BOKT investorlara illik 15% gəlir təklif edir - Faizi hər ay ödəniləcək
-
14 saat əvvəl
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
-
15 saat əvvəl
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
“ALFA KAPİTAL BOKT”un xalis mənfəəti 104 dəfə artıb
BOKT yüksək faizlə borclandı – Hərracın nəticələri
Ən çox oxunanlar
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
Avqustun 20-də gözlənilən hava şəraiti
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
















