"Günay Sığorta"ya həkim ekspert və həkim-koordinator tələb olunur
"Günay Sığorta" vakansiyalar elan edib.
1.Həkim ekspert
Namizədə tələblər
• Ali tibbi təhsilli olması;
• Həkimlik praktikası üzrə ümumi biliklərə malik olması;
• Sığorta qanunvericiliyini bilməsi;
• Həkimlik sahəsində bütövlükdə minimum 2 illik iş təcrübəsinə malik olması;
• Word, Excel və İnternetdə işləmə bacarığının olması;
• Azərbaycan dilini əla səviyyədə, rus dilini yaxşı səviyyədə bilmək, ingilis dilini orta səviyyədə bilməsi.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Daxili normativ aktlara və digər sənədlərə ilkin rəy vermək;
• Tibbi sığorta şəhadətnamələrinin yazılmasını həyata keçirmək;
• Tibbi sığorta növü üzrə xidməti həyata keçirəcək tibb müəssisələrini araşdırmaq, müqavilə imzalanması üçün tələb olunan prosedurları həyata keçirmək;
• Tibbi sığorta hadisələrində ekpertizaları həyata keçirmək, zərər aktlarını tərtib etmək və təsdiq etmək, departament direktoruna, sonra isə sahə rəhbərinə təsdiq üçün təqdim etmək;
• Həkim koordinatorların işinə nəzarət etmək.
Əmək haqqı individual olaraq müəyyən ediləcək. Maraqlanan şəxslərdən öz “CV”-lərini “Subject” başlığına “Həkim ekspert” yazaraq hr@gunaysigorta.az ünvanına göndərmələri xahiş olunur.
2.Həkim-koordinator
Namizədə tələblər:
• Ali tibbi təhsilli olması;
• Həkimlik praktikası üzrə ümumi biliklərə malik olması;
• Sığorta qanunvericiliyini bilməsi;
• Həkimlik sahəsində bütövlükdə minimum 1 illik iş təcrübəsinə malik olması;
• Word, Excel və İnternetdə işləmə bacarığının olması;
• Azərbaycan dilini yaxşı səviyyədə, rus dilini orta səviyyədə bilməsi.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Tibbi sığorta növü üzrə Sığortalı tərəfindən daxil olan zəngləri cavablandırmaq və Sığortalının şikayətlərinə uyğun olan tibb müəssisələrində həkimlərlə görüşünü təşkil və təmin etmək;
• Tibbi sığorta növü üzrə Sığortalının göndərildiyi tibb müəssisəsində aldığı xidmətlərin qeydiyyatını aparmaq;
• Gün ərzində daxil olan zənglərin, müayinə-müalicəyə göndərilmiş müştərilərin qeydiyyatını həkim–ekspertə məruzə etmək;
• Müayinə və müalicə prosesi ilə bağlı yaranmış sualları həkim-ekspertlə dəqiqləşdirmək;
• Şirkətin tibbi sığorta növü üzrə sənədlərinin tərtib edilməsində iştirak etmək.
Əmək haqqı individual olaraq müəyyən ediləcək. Maraqlanan şəxslərdən öz “CV”-lərini “Subject” başlığına “Həkim-koordinator” yazaraq hr@gunaysigorta.az ünvanına göndərmələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























