Öncədən “Kristal Abşeron”un "tam təmirli" mənzili barədə bilmədikləriniz

“Kristal Abşeron” və “Xəzər İnşaat” Azərbaycanın iri tikinti şirkətləridir. Bu şirkətər Bakı, Sumqayıt və Xırdalanda 20-dən artıq yaşayış binası tikirlər. Qeyd edək ki, hər iki şirkətin eyni şəxsə məxsus olduğu bildirilir.
Mənzilləri təmirli təhvil verdiklərindən bu şirkətlərin mənzillərinə xeyli maraq var.
Digər tərəfdən, bir çoxları iddia edir ki, “Kristal Abşeron”dan mənzil almaq sərfəli deyil. Onlar bu iddialarını qiymətlərin yüksək olması, təmirin çox da keyfiyyətli aparılmaması ilə əsaslandırırlar.
“Marja”, “Kristal Abşeron” və “Xəzər İnşaat”ın satış ofislərində və binalarında olaraq, bu şirkətlərdən mənzil almağın müsbət və mənfi tərəflərini müəyyən edib.
“Kristal Abşeron” və “Xəzər İnşaat” öz reklamlarında mənziləri “tam təmirli” təhvil verdiklərini önə çəkirlər. Araşdırdıqda məlum olur ki, böyük məbləğdə ödəniş qarşılığında təqdim edilən təmir çoxlarının ürəyincə olmaya bilər.
Belə ki, “Kristal Abşeron” və “Xəzər İnşaat” təmirdən öncə kafel, oboy, daxili qapıların seçilməsi üçün müştərini ofisə dəvət edir. Bu dəvət bəyənilir. Amma seçim azdır. Məsələn, kafellərin rəngi məhduddur. Binalarda mənzillərin hamam və tualetləri demək olar ki, eyni dizaynda təmir olunur. Adətən, hamam və tualetin təmiri müştərinin fikri öyrənilmədən öncədən aparılır.
Nisbətən divar kağızlarının seçimi çoxdur. Amma yenə də istədiyiniz oboyu tapmaya bilərsiniz.
Otaq qapıları 1 çeşiddə və 2 rəngdədir: ağ və qəhvəyi. Hamam-tualetdən başqa, otaqlara (qonaq, yataq və mətbəx) şüşəli qapı quraşdırılır. Siz süşəsiz qapı istəsəniz, bu, mümkün deyil. Böyük məbləğdə pul ödəyib mənzil almağınıza baxmayaraq, şirkət bu istəyinizi təmin etmir və “Müştərinin hər istəyini təmin edə bilmərik” cavabı verilir.
Şirkət 1 çeşiddə parket təklif edir.
Qeyd olunmalıdır ki, təmirdə istifadə edilən materiallar ilk baxışdan keyfiyyətli görünür. Şirkət materialların İtaliya, Türkiyə, Rusiya və Belarus istehsalı olduğunu bildirir.
Şirkət mənzilləri sadə şəkildə təmir edir. Siz divarlarda xüsusilə çərçivələr, tavanda alçipandan işləmələr, spotların quraşdırılmasını və s. istəsəniz əlavə ödəniş olunmalıdır.
Şirkət məbəxtə mebelarxası kafeli vurmur. Mənzil sahibi kafeli özü almalı və ustanın zəhmət haqqısını ödəməlidir.
Elektrik, TV, İnternet “yuvaları” ev sahibinin istədiyi yerlərdə olmaya bilər. Əlavə yerlərdə “razetkaların” qoyulması əlavə ödənişdir.
Materiallar keyfiyyətli olsa da, təmirin peşəkar usta tərəfindən aparılması da önəmlidir. Şirkətin ustalarının mənzili keyfiyyətli təmir edib-etməyəcəyi başqa bir narahatçılıqdır. 3-5 ildən sonra oboyun, kafelin, parketin qopub-qopmayacağı bilinmir. Qeyd edək ki, artıq sosial şəbəkələrdə sakinlərin etirazlarına rast gəlinir (Bu mövzuya ayrıca toxunacağıq).
Mənzillərdə təmirin çox da səliqəli aparılmadığı diqqəti cəlb edir.
Ümumiyyətlə, “Kristal Abşeron” və “Xəzər İnşaat”ın binalarındakı təmirli mənzillər bir-birlərinə çox bənzəyir. İnsan özünü yataqxana şəraitində hiss edir.
Bazar qiymətləri ilə müqayisə etdikdə, “Kristal Abşeron” və “Xəzər İnşaat” 1 kvadrat metrin təmiri üçün təxminən 250-350 AZN ödəniş alır. Mənzil sahibi bu qiymətlərə özü mənzili ürəyi istədiyi kimi təmir etdirə bilər.
Bir mərtəbədə 7-10 mənzil olmasına qarşı, binada sərnişinlər üçün 1 lift quraşdırılır. Bu, gələcəkdə düşüb-qalxmaqda çətinlik yarada bilər. Qeyd edək ki, artıq bir çox şirkətlər 2 sərnişin, 1 yük lifti quraşdırırlar.
Mənzil sahibi damafon almaq üçün əlavə ödəniş etməlidir.
Aşağıdakılar da qeyd olunmalıdır:
-Bir çox tikinti şirkətləri kimi “Kristal Abşeron” və “Xəzər İnşaat” da mənzillərin sahələrini çöldən-çölə hesablayır. Yəni, qonşu divarların, şaxtanın tutduğu sahə üçün də alıcı ödəniş edir.
-Şirkətin bir çox layihələri tam metronun yaxınlığında deyil, 5-10 dəqiqəlik məsafədə yerləşir.
-Binalar daş yun ilə üzlənir. Mənzillər qışda isti, yayda isə sərin qalır.
-Satış nisbətən peşəkar qurulub, müştəri xoş qarşılanır və hər bir sual ətraflı cavablandırılır.
-Mənzillər 5 illik daxili kreditlə satılır. İlkin ödəniş 20%-dir. Qeyd edək ki, daxili kredit faizlidir. Qalıq məbləğin üzərinə illik 10% əlavə olunur.
-Şirkət nağd satış zamanı qiymətdə 20-30 manat endirim edir.
- 25 illik ipoteka imkanı da təklif olunur. Bu zaman mənzilin kvadrat metrinin qiyməti nağd və daxili kreditdəki qiymətlərdən daha yüksək olur. Məsələn, “Neftçilər” layihəsində 1 kv.m üçün nəğd qiymət 1270 AZN ikən, dövlət ipotekası ilə 1354 AZN-dir. Üstəlik, alıcı 7% illik ipoteka faizini ödəməlidir. Dövlət ipotekası ilə 1 kv.m-nin qiymətinin yüksək olması sənədləşmənin şirkət tərəfindən aparılması ilə izah edilir. Sahəsi 100 kv.m olan mənzilin nağd və ipoteka qiymətləri arasında 8400 manat fərq olur. İpoteka sənədləşməsi adı ilə bu qədər böyük məbləğin alınması qəbul edilməzdir.
-Mənzilin 25 illik ipoteka ilə 2 dəfə baha başa gəlməsi “Kristal Abşeron”dan asılı deyil. Bu, müddətin uzun və kreditin faizi ilə əlaqədardır. Mənzili 25 illik dövlət ipotekası ilə digər tikinti şirkətlərindən də alsanız təxminən mənzilin dəyərinin iki qatını ödəməli olacaqsınız.
-“Kristal Abşeron”un reklamlarında göstərilən binaların yerləşməsi və dizaynı reallıq ilə uyğun olmaya bilər. Binaların görünüşü və ətrafı reklamlarda göstəriləndən fərqli vəziyyətdədir.
-Binalar söz verilən vaxtlarda təhvil verilməyə bilər. Əksər alıcılar bu baxımdan etiraz edirlər. Adətən 3-5 ay gecikmə olur. Bəzən gecikmə şirkətdən də asılı olmaya bilər. Lakin indiyədək şirkətlərin heç bir binası yarımçıq qalmayıb.
-“Kristal Abşeron” və “Xəzər İnşaat” digər şirkətlər ilə müqayisədə daha etibarlıdırlar. Hər iki şirkətin yaşayışa təhvil verdiyi layihələri mövcuddur. Təhvil verilmiş binalardan mənzil alanlar çıxarış (kupça) əldə ediblər.
-Bütün mənzillərdə təmir eyni anda başa çatdığından sakinlər təmir səs-küyü eşitmirlər, yad ustalar ilə qarşılaşmırlar, dəhliz çirklənmir. Bu müsbət haldır. Amma, bəzi layihələrdə yaşayışa təhvil verilmiş binanın yanında digər binanın tikintisi aparılır. Bu da səs-küy deməkdir.
Yuxarıda qeyd edilənləri qəbul edənlər “Kristal Abşeron” və “Xəzər İnşaat”dan mənzil ala bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat sonra
-
7 saat əvvəl
Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR
-
8 saat əvvəl
"JAC Yük Avtomobilləri Satış Mərkəzi" Caspian Agro 2025 sərgisində iştirak edir
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
8 saat əvvəl
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
-
8 saat əvvəl
"İmagro" şirkəti "Caspian Agro 2025" sərgisində iştirak edir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

İllik 8% gəlirlə dollar istiqrazlarını indi əldə edin

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR

Birjadan "FINCA Azerbaijan"ın istiqrazları barədə qərar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
Ən çox oxunanlar

“Para BOKT” maliyyə göstəricilərini açıqladı

Bakıda elektrik avtomobillərin növbəti sərgisi keçirilib

SOCAR, “Uzbekneftegaz”, “KazMunayQaz” və “Tatneft” arasında memorandumların reallaşdırılması müzakirə edilib

Prezident İlham Əliyev sərgilər ilə tanış olub

Sabahın hava proqnozu açıqlandı
