AFB Banka kredit üzrə mütəxəssislər tələb olunur
AFB Bank Kreditlərin monitorinqi şöbəsinə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Departament: Kreditlərin təhlili departamenti
Vəzifə: Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi / baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi təhsil;
• Analitik təhlil etmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Problemləri həll etmək bacarığı;
• Qeyd olunan sahə üzrə azı 2 il iş təcrübəsi.
İŞİN TƏSVİRİ:
• Biznesin yoxlanması üçün obyektə baxış keçirilməsi (limit çərçivəsində);
• Kredit memorandumlarının yoxlanılması;
• Kreditlər barədə qərarların verilməsi;
• Cari kreditlərin monitorinqinin həyata keçirilməsi;
• Kredit portfelinə gündəlik nəzarət edilməsi;
• Hesabatların hazırlanması;
• Problemli kreditlərin həlli yollarının tapılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi, baş mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix -30 aprel 2018-ci il.
AFB Bank Kredit təhlili şöbəsinə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Departament: Kreditlərin təhlili departamenti
Vəzifə: Kredit təhlili şöbəsinin mütəxəssisi \ baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
• Biznes kreditləşməsi / kreditlərin təhlili (Credit Risk Underwriter) sahəsində azı 3 il iş təcrübəsi;
•Biznesin maliyyə təhlilinin aparılması sahəsində bilklər;
• Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində səlist biliklər.
İŞİN TƏSVİRİ:
• Müştərilərin maliyyə təhlilini həyata keçirmək;
• Kredit sifarişi üzrə kredit müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və müvafiq strukturlarla razılaşdırmaq;
•Kredit üzrə müraciətlərə baxılmasına dair vahid rəy hazırlamaq və qərarların nəticələrini strukturlara çatdırılmasını təmin etmək;
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək və verilmiş kreditlər barədə statistika aparmaq;
• Müraciət üzrə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək;
• Kredit müraciətlərinin təhlilini aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit təhlili şöbəsinin mütəxəssisi\baş mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 30 aprel 2018-ci il.
AFB Bank Kredit təhlili şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.
Departament: Kreditlərin təhlili departamenti
Vəzifə: Kredit təhlili şöbəsinin rəisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes ,idarəetmə, hüquq və s.);
• Biznes kreditləşməsi / kreditlərin təhlili (Credit Risk Underwriter) sahəsində azı 3 il iş təcrübəsi;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində bilklər;
• Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində səlist danışmaq və yazmaq.
İŞİN TƏSVİRİ:
• Müştərilərin maliyyə hesabatlığını təhlil etmək;
• Kredit sifarişi üzrə kredit müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və müvafiq strukturlarla razılaşdırmaq;
• Kredit üzrə müraciətlərə baxılmasına dair vahid rəy hazırlamaq və qərarların nəticəsini strukturlara çatırılmasını təmin etmək;
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək;
• Müştəriyə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək;
• Kredit müraciətlərinin təhlilini aparmaq;
• Kreditləşmə və kredit risklərinin qiymətləndirilməsi üzrə Bankın metodoloji bazasının hazırlanmasında iştirak etmək;
• Kredit portfeli üzrə ehtiyatları hesablamaq;
• Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit təhlili şöbəsinin rəisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 30 aprel 2018-ci il.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















