80 milyon subsidiya verilib, amma buğda idxalımız rekord həddədir
Azərbaycan hökuməti ötən il buğda və çəltik istehsalına görə 80 mln. manat subsidiya verib. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Xəbər verdiyimiz kimi, 2016-cı ildə buğda idxalı il ərzində 18,2% artaraq rekord həddə - 1,6 mln. tona çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Buğda alınması üçün ixracatçılara 296,8 mln.dollar ödənilib. Bu, əvvəlki ildəkindən 0,6% çoxdur. Bir ton buğda 184,4 dollara alınıb. Bu, 2015-ci ildəkindən 34,9 dollar və ya 16% ucuzdur.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda buğda istehsalı 1 mln. 844 min ton olub. Bu, 2015-ci ildəkindən 10% çoxdur. Müstəqil ekspertlərin fikrincə, taxıl istehsalının həcmi süni şəkildə şişirdilir. Onların fikrincə, çörəkbişirmədə yerli buğdanın payı cüzidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























