Bazarların gözü Fed-də
Bu həftə qlobal bazarlar Fed-in faiz qərarına fokuslanacaq. 21 Martda başa çatacaq iclasda bankın faiz artıracağına qəti gözlə baxılır.
ABŞ Mərkəzi Bankının (Fed) növbəti toplantısı 20-21 Mart 2018-ci il tarixlərində keçiriləcəkdir. Fed faiz qərarını 21 Mart tarixində Bakı vaxtı ilə 23:00 radələrində açqlayacaqdır. Bu qərar Fed-in yeni sədrinin iştirakı ilə veriləcək ilk faiz qərarı olacaqdır.
Qeyd edək ki, Azərbaycanda 20, 21, 22, 23, 24 mart Novruz bayramı tətilidir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.
"Marja" xəbər verir ki, Fed-in 21 Martda faiz artıracağına qəti baxılır. ABŞ Mərkəzi Bankı bu il faizləri 3 dəfə, iqtisadiyyat həddindən artıq "qızarsa" və inflyasiya daha da sürətlənəsə 4 dəfə artıracağı gözlənilir.
Mart ayı toplantısında Fed-in faizi 25 bənd artıraraq 1.50 - 1.75 faiz səviyyəsinə qaldırılacağına 90% ehtimal verilir.
Fed-in yeni sədri Cerom Pauell ABŞ iqtisadiyyatının gücləndiyini bildirib. O, vergi güzəştlərinin daha çox sərmayənin yatırılmasına və iqtisadiyyatın daha da canlanmasına səbəb olacağını deyib.
Fed-in 2018 iclasları
30-31 Yanvar (baş tutub)
20-21 Mart
1-2 May
12-13 İyun
31 İyul - 1 Avqust
25-26 Sentyabr
7-8 Noyabr
18-19 Dekabr
Fed-in faiz qərarları Dolların qiymətinə ciddi təsir edir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























