"3 aydır yoxlamaları dayandırmışıq"
Vergilər Nazirliyi vergi ödəyicilərindən vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri martın 31-dək qəbul edəcək. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
"Hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyət nümayəndələrinin fikir və təklifləri öyrənilir. Vergi ödəyiciləri vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər", - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, Vergilər Nazirliyi ölkədə vergi sisteminin inkişafı çərçivəsində struktur və kadr islahatlarını davam etdirəcək.
S.Ələkbərov vurğulayıb ki, nazirlik artıq 3 aydır ki, yoxlamaları dayandırıb.
"Hazırda biz daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində işləyirik. Məqsədimiz vergi yoxlamalarının keyfiyyətinin artırılması, bu istiqamətdə yeni yanaşmaların tətbiq edilməsidir. Biz yoxlamaların sayını daha da azaldacağıq. Riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq", - deyə o qeyd edib.
S.Ələkbərov əlavə edib ki, nazirlik vergi ödəyiciləri tərəfindən vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəldilməsini qarşıya hədəf qoyub. "Vergilər Nazirliyi biznes-strukturlarla qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır və sahibkarlardan da eyni addımı gözləyir", - deyə nazir müavini vurğulayıb.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























