Növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlandı
"Martın 15-də ölkədə hava şəraiti mülayimləşəcək".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, martın 13-14-də Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunacaq:
"Rayonlarda da hava şəraiti yağıntılı keçəcək, bəzi rayonlarda yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Martın 15-i gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunsa da, günorta saatlarında havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq".
G.Məmmədovanın sözlərinə görə, bu gün və növbəti iki gündə ölkədə cənub-şərq küləyi əsəcək: "Martın 14-ü və 15-i günorta saatlarında küləyin sürəti arabir güclənəcək".
Havanın temperaturuna gəlincə, mütəxəssis bildirib ki, bu gün günorta saatlarında ölkə ərazisində havanın temperaturu 4-6 dərəcə arasında müşahidə olunsa da, martın 15-də tədricən yüksələrək 7-10-dərəcəyə çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























