Yüksək ixrac potensialına malikdir
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev valyuta gətirən ixrac məhsullarından olan badamın Azərbaycanda az istehsal edildiyini bildirib və bu sahədə dönüş yaradılmasının vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı deyib: “Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək”.
Badam ağacı 100 ildən çox yaşayır
Bu sahədə mövcud vəziyyəti və perspektivləri dəyərləndirən Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev bildirib ki, badam yüksək ixrac potensialına malikdir. Azərbaycanda badam meyvə ağacı kimi çox qədim zamanlardan becərilir. Badam bitkisi ölkəmizə İrandan gətirilmiş və onun müxtəlif bölgələrdə becərilməsi nəticəsində bu bitki üçün ən münasib ekoloji zonalar aşkarlanmışdır. Həmin ərazilərdə bitki 100 il və daha çox yaşayır, mütəmadi yüksək məhsul verir. Badamın qədimdən becərildiyi bölgələr Naxçıvan, Abşeron yarımadası, Gəncə-Qazax və Şirvan zonasıdır.
Tərkibindəki zülallar orqanizm üçün əvəz olunmayan amin turşuları ilə zəngindir
Direktor müavini badamın zəngin tərkibə malik olduğunu bildirərək qeyd edib ki, badam ləpələri doymamış yağ turşuları və bitki mənşəli zülalların təbii mənbəyidir. Tərkibindəki zülallar orqanizm üçün vacib, əvəzolunmayan amin turşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor, maqneziumun miqdarı daha çoxdur. Acı badamın tərkibində amiqdalin qlikozidinin olması ləpəyə acı dad və özünəməxsus ətir verir.
Naxçıvan ölkə üzrə badam istehsalının 83 faizini təşkil edir
Mütəxəssis dünya üzrə göstəricilərə nəzər salaraq bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2015-ci il məlumatına görə, dünyada badam istehsalı 1 milyon ton olub. ABŞ birinci (848 min ton), Avropa Birliyi ölkələri ikinci (75 min ton) və Avstraliya isə üçüncü yerdə (70 min ton) qərarlaşıb.
Azərbaycanda iqtisadi rayonlar sırasında Naxçıvan Muxtar Respublikası badam istehsalının 83 faizini təşkil edir. 2005-2015-ci illərdə respublikamızda badam bağları 23,9 faiz azalıb, 1 hektardan orta məhsuldarlıq isə 2,12 ton/hektar artıb. Bu illər ərzində ən yüksək göstərici muxtar respublikada qeydə alınıb. Belə ki, 2005-2015-ci illərdə Naxçıvanda badam istehsalında 822.4 ton, bağların əkin sahəsində isə 190 hektar artım olub.
Qarşıdakı 10 ildə badam bitkisinin əkin sahəsi 1500 hektar artırılacaq
Ölkəmizdə qərzəkli meyvəçiliyin inkişaf perspektivlərindən danışan Vahid Əliyev bildirib ki, “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə qərzəkli meyvəçiliyin (fındıq, badam, qoz və şabalıd) inkişafına dair Dövlət Proqramı” layihəsi işlənib hazırlanıb. Layihədə bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsi və badam bitkisinin əkin sahəsinin 1500 hektar artırılaraq 2500 hektara, hektardan məhsuldarlığın isə 2,4 tona çatdırılması nəzərdə tutulub.
“Sözügedən Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda badam bitkisinə olan daxili tələbatın ödənilməsinə, xüsusilə bu bitkinin geniş yayıldığı rayonlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, regionların aqrar sənaye potensialının artırılmasına, qərzəkli meyvə emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, rəqabətin qorunmasına, yeni texnologiya və bitkilərin tətbiqinə, emal olunan badam məhsullarının ixracının və bununla bağlı digər sahələrin inkişafına təsir göstərməklə, bütövlükdə, ölkənin ümumi iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verəcək”, - deyə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
3 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
3 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
3 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
4 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!



















