“Haqqında şikayətlər daxil olan vergi əməkdaşları barədə ölçülər götürüləcək”
“Əsas hədəflərimiz vergi ödəyiciləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi, təmassız münasibətlərin genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin informasiya texnologiyaları üzərindən həyata keçirilməsidir”.
Bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır: “Biz başa düşürük ki, son illər büdcə daxilolmalarının təmin edilməsi məqsədilə vergi ödəyiciləri üzərinə fiskal təzyiqlərin artması, bir sıra hallarda vergi orqanları tərəfindən aqressiv vergi yığımı ilə bağlı atılmış addımlar sahibkarlığın mövcud durumuna adekvat olmayıb. Vergi ödəyicilərinin fiskal yükü tarazlı şəkildə müəyyən edilməli və vergi öhdəlikləri birtərəfli hesablamalara əsaslanmamalıdır. Sahibkar, xüsusilə də kiçik və orta biznes inkişaf prosesinə həssas kateqoriyadır və fiskal öhdəliklər real inkişaf göstəricilərinə, əldə olunan gəlirə uyğun tətbiq edilməlidir”.
Nazir əlavə edib ki, haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqından ölçülər götürüləcək: “Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir. Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























