Təsərrüfatınıza ofisinizdən nəzarət edin
On il əvvəl fermanızın metereoloji stansiyasının məlumatlarını telefonunuzda görə bilməyin mümkün olacağını kim düşünərdi? Yaxud da kənd təsərrüfatında mesaj, elektron poçt və ya telefon zəngiylə bir neçə şəxsə siqnal göndərməyin geniş şəkildə istifadə olunacağını düşünərdiniz?
Simsiz texnologiya sahəsindəki texnoloji yeniliklər diqqəti sahəyə xas ölçmə işlərinə yönədərək məhsuldarlığı və keyfiyyəti artırmaq məqsədilə qərarların vaxtında verilməsi üçün imkan yaradır. Məhsullarını ən yaxşı formada qorumaq məqsədilə cari şəraiti və tendensiyanı təhlil edən fermerlər arasında orta diapazonlu radio, mobil və ya peyk texnologiyasından istifadə etməklə məsafədən nəzarət artıq standart bir haldır.
Mövsüm boyu əkin bitkiləri üçün temperatur, rütubət, külək, torpağın nəmliyi, duzluluq və işıq kimi bir neçə parametr üzrə monitorinqin aparılması tələb olunur. Bu faktorlar suvarma, şaxtaya nəzarət, gübrənin verilməsi və xəstəliklərin/həşəratların idarəetməsi ilə bağlı qərarlara təsir edir. Amma fermerlər çox vaxt bu işləri görmək üçün lazım olan ən vacib əmtəə və resursa sahib olmur: vaxta. Simsiz rabitədən istifadə etməklə fermerlər sadəcə ağıllı telefonlarında və ya kompüterlərində internet brauzerini açaraq məlumat topladığı müddətdə digər təsərrüfat işlərinə daha çox vaxt və enerji sərf edə bilərlər.
Texnoloji inkişaf sayəsində fermerlər sanki sahədə metereoloji stansiyanın ekranın baxırmış və ya məlumatları mexaniki olaraq endirirmiş kimi ən son məlumatlara nəzər yetirmək iqtidarındadırlar. Vaxt əsaslı qərarlar ən son məlumatlar sayəsində daha yaxşı verilir. Misal üçün, fermerlər real vaxt məlumatları ilə xəstəlik/həşərat modellərini yoxlaya bilər və ofislərindən İPM-lə (İnteqrasiya edilmiş Xəstəlik İdarəetməsi) bağlı qərarlar verə bilərlər. Bu da öz növbəsində potensial olaraq bir neçə günlük olan məlumatlara nəzər yetirməkdən və ya qərar verən şəxslərin məlumat üçün gözlədiyi müddətdə dəyərli işçi qüvvəsini məlumatların toplanması məqsədilə sərf etməkdən daha çox faktiki problemləri və şəraiti nəzərə alaraq əməliyyatın resurslarını optimallaşdırır.
Texnologiya inkişaf etdikcə və fermerlər Kənd Təsərrüfatında Dəqiqliyə nail olmaq üçün simsiz rabitəni tətbiq etməyə davam etdikcə biz on il sonra geriyə baxanda bu günümüzün sabahının nələrə qadir olduğuna, mütləq ki, heyran olacağıq.
Məqalə "Sminagro" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























