Trampın dollara dəstəyi qısa davam etdi
Bu həftəyə ucuzlaşma ilə başlayan dollar, ABŞ-ın xəzinə nazirinin "zəif dollar ABŞ-ın xarici ticarəti üçün müsbətdir" açıqlamasının ardından daha da dəyərdən düşmüş və ABŞ Dolları İndeksi son illərin ən aşağı səviyyəsinə geriləmişdi.
Davosdakı toplantıda iştirak edən ABŞ Prezidenti Donald Trump, xəzinə naziri Mnuchi-nin sözlərinin onun zəif dollar istədiyi mənasına gəlmədiyini, sözlərinin təhrif edildiyini, dolların güclənəcəyini deyib.
Tramp, ABŞ iqtisadiyyatında inkişafın davam edəcəyini və iqtisadi artıma bərabər olaraq dolların daha da güclənəcəyini qeyd edib. Trampın bu sözləri dolların bahalaşmasına səbəb olmuşdu. Lakin Dolların möhkəmlənməsi uzun çəkmədi.
"Marja" xəbər verir ki, bu gün yenidən istiqamətini aşağı çevirən ABŞ Dolları İndeksi 88,44 səviyyəsinə qədər geriləyib.
Avro/dollar məzənnəsi dünən 1.25 üzərinə çıxdıqdan sonra "Trampın dollar daha da güclənəcək, mən güclü dollar görmək istəyirəm" açıqlamasının ardından 1.2416 səviyyəsinədək düşmüşdü. Hazırda isə məzənnə yenidən yüksəlir. Bu dəqiqələrə olan məlumata görə, Avro Dollar qarşısında 0,5% bahalaşıb və Avro/dollar məzənnəsi 1.2463 səviyyəsinə qalxıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
























