Azərbaycanda donuzların sayı artıb
2017-ci ildə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2 milyon 24,1 min ton (0,7 faiz çox) süd, 1 milyard 714,0 milyon ədəd (6,5 faiz çox) yumurta, 16,0 min ton (3,7 faiz az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunmuşdur.
"Marja" xəbər verir ki,bu barədə Dövlət Statistikası Komitəsinin 2017-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində bildirilir.
2017-ci ildə hər inək və camışdan orta hesabla 1528 kiloqram süd sağılmışdır (2016-cı ildə 1513 kq).
İlkin məlumatlara görə 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 465,6 min baş qoyun və keçi, 2 milyon 679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 289,8 min baş inək və camışlar mövcud olmuşdur. Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.
Ötən il quşçuluq fabriklərində diri çəkidə 81,3 min ton quş əti və 762,7 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12 milyon 343,2 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 177 ədəd yumurta alınmışdır.
Ötən il Azərbaycanda donuzların sayı 8,6% artaraq 4406 başa çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























