Premium kartlara pulsuz sahib olmaq üçün son fürsət!
Expressbank-da pulsuz premium kartların verilməsi üzrə möhtəşəm kampaniyanın bitməsinə saylı günlər qalıb! Siz də əlavə xərc çəkmədən yüksək statuslu kart sahibi olmaq istəyirsinizsə, Expressbank-a tələsin.
Belə ki, Expressbank-da kampaniya çərçivəsində hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VISA Platinum/MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.
Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Üstəlik ölkə üzrə quraşdırılmış ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirmək mümkündür.
Həmçinin Premium növ kart sahibləri xüsusi üstünlüklərdən istifadə edə bilərlər: beynəlxalq Visa GCAS və MasterCard Global Service dəstəyi, səhiyyə və hüquq məsləhətləri – Visa ISOS və MasterAssist/Travel Assistance Service , ölkə xaricində itirilmiş və ya oğurlanmış kartın sahibinə təcili nağd pulun verilməsi, xüsusi təkliflər proqramı - Visa Worlds Best Offers və MasterCard Priceless, Azərbaycanda və digər dövlətlərdə bir çox ticarət obyektlərində endirimlər, təmassız ödəniş imkanı və s.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 700-dək ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 15 saat sonra
-
1 d. əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
-
13 d. əvvəl
"Bank Respublika" nizamnamə kapitalını artırır - 240 MİLYONU KEÇƏCƏK
- 17 d. əvvəl
- 23 d. əvvəl
-
28 d. əvvəl
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
-
31 d. əvvəl
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
-
41 d. əvvəl
Avrozonada inflyasiya 3 ilin maksimumuna yüksəlib – ECB-yə faiz təzyiqi artır
-
48 d. əvvəl
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Bank Respublika" nizamnamə kapitalını artırır - 240 MİLYONU KEÇƏCƏK
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
Ən çox oxunanlar
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
Kartlar ilə verilən kreditlər azalır

























