Pambıq yığımı davam edir - SON MƏLUMAT
Yanvarın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 206 min 955 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən gün 52 ton pambıq tədarük edilib.
Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar yanvarın 5-dək 25 min 748 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.
Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı.
Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Bu tədbirlərin davamı olaraq, gələn il pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.
© Azərtac
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 7 d. əvvəl
-
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























