Dubay Şopping Festivalı Expressbank-la sərfəlidir!
Daim yenilikləri ilə sevindirən Expressbank bu dəfə Visa kart sahibləri üçün əlavə fürsətlər yaradır.
Artıq Expressbank-ın istənilən Visa növlü kart sahibləri Visa Explore proqramında qeydiyyatdan keçərək kartla ödəniş zamanı Dubay Şoppinq Festivalı ərzində məişət texnikası, zərgərlik və digər dükanlarda eksklüziv təkliflər əldə edəcəklər! Bu hələ son deyil! Üstəlik JumeirahTM otelləri şəbəkəsində Expressbank-ın Visa kartları ilə ödəniş zamanı qazanacağınız 25% endirimlə festival ziyarətiniz daha sərfəli olacaq.
Aksiya 26 dekabr 2017-ci il tarixindən 27 yanvar 2018-ci ilədək keçərlidir. Xüsusi şərtlər və daha ətraflı məlumat əldə etmək üçün müştərilər www.vi.sa/dsf saytını ziyarət edə bilərlər.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron kartlarını 6 AZN, Visa Classic kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxil ilə isə Visa Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 15 saat sonra
-
27 san. əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 12 d. əvvəl
- 16 d. əvvəl
- 22 d. əvvəl
-
27 d. əvvəl
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
-
30 d. əvvəl
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
-
40 d. əvvəl
Avrozonada inflyasiya 3 ilin maksimumuna yüksəlib – ECB-yə faiz təzyiqi artır
-
47 d. əvvəl
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Bank Respublika" nizamnamə kapitalını bir qədər də artırır
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
Ən çox oxunanlar
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
Kartlar ilə verilən kreditlər azalır






















