2 manatlıq məhsul 9 manatlıq “hədiyyə”yə necə çevrilir

Bayram ərəfəsində uşaqlar üçün satılan hədiyyələr həm baha, həm də təhlükəlidir
Dekabr ayı yarıya çatanda Bakının ənənəvi yeni il hazırlıqları başlayır. Paytaxt ərazisində - mərkəzi küçə və meydanlarda, metro girişlərində, bir sözlə, insanların gur olduğu yerlərdə yeni il aksessuarları, yolkalar, müxtəlif çeşidli hədiyyələr gəl-gəl deyir. O cümlədən, balacalar üçün nəzərdə tutulmuş bayram bağlamaları xüsusi diqqət çəkir. Odur ki, bu dəfə əsasən qida məhsullarından və şirniyyatlardan ibarət olan bayram hədiyələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən qiyməti ilə maraqlanmaq qərarına gəldik...
2 manatlıq məhsul 9 manatlıq “hədiyyə”yə necə çevrilir
Vəziyyəti öyrənmək, mövzu ilə bağlı yaranan suallara yerindəcə cavab tapmaq üçün şəhərin bir neçə istiqamətinə qısa gəzintiyə çıxdıq. Öncə şəhər sakinlərinin daha çox üz tutduqları və hər zaman qonaq-qaralı olan “Nizami” küçəsində olduq. Burada bayram əhval-ruhiyyəsi dərhal hiss olunur. Marketlər, kafe və restoranlar artıq bayram libasına bürünməyə başlayıb. Bir yanda qurulan yolkalar, digər tərəfdə adamların həvəslə alış-verişi diqqət çəkir. Bayramqabağı uşaqları ilə birlikdə gəzintiyə çıxanlar da az deyil.
Görünən o idi ki, valideynlər uşaqlarının xoşladıqları hədiyyələri almaqda maraqlı idilər. Aidiyyəti üzrə paketlənmiş uşaq hədiyyələri satılan köşkə yaxınlaşıb qiyməti və bağlamanın içərisindəki qidalarla maraqlanırıq. Satıcı deyir ki, qutuda balacaların daha çox sevdikləri şirniyyatlar, dadlı şokoladlar var. Amma qutunu açıb içindəki təamlara baxmaq istəyəndə etirazını bildirdi: “Almayacaqsansa, qutunun ağzındakı yapışqanı qopara bilməzsən”. Maraqlıdır, mal satmaq istəyir, amma deyir pulunu verib alandan sonra mala baxa bilərsən...
Nəhayət, başqa bir satıcını yola gətirib bağlamadakı nemətlərə baxırıq: qutuda cəmi 2-3 adda peçenye, şokolad və az miqdarda şirniyyat var. Ayrı-ayrılıqda hər birisinin qiyməti 40-60 qəpik, bütövlükdə isə bir hədiyyənin dəyəri təxminən 1.5-2 manat civarında olar, ya olmaz. Amma bunun müqabilində həmin bağlamaların satış qiyməti 4-9 manat arası dəyişir. Yəni, real qiymətindən 2-3 dəfə baha... Bəzən “humanistlik” edib balacaları sevindirmək üçün (bu da bir hiyləgərlikdir) bəzi qutulara bir ədəd kapron oyuncaq da əlavə ediblər.
Sən demə, qutunun həcmindən və içərisindəki məhsulların çoxluğundan əlavə, üzərindəki şəkillərin cazibəsi, şaxta babanın fotosunun sanballı olması da qiymətə təsir edirmiş. Məhsulun keyfiyyətinə, sertifikatının olub-olmamasına gəldikdə isə suallar cavabsız qalır: əksər satıcılar “hədiyyə”ləri firmadan qablaşdırılmış formada aldıqlarını deyirlər. Bəziləri qiymətlərin onlardan asılı olmadığını, firmadan götürdükləri hazır məhsulun üzərinə qəpik-quruş qoyub satdıqlarını bildirirlər.
Satıcı hiyləsi, valideyn məsuliyyətsizliyi...
Metronun “28 May”, “Nərimanov”, “İnşaatçılar” stansiyaları yaxınlığındakı Yeni il hədiyyələri satılan ticarət obyektlərində, səyyar satış yerlərində də uşaqlar üçün kifayət qədər hədiyyə var idi. Lakin burada da mənzərə tam oxşar idi. Baş çəkdiyimiz hər yerdə eyni vəziyyəti müşahidə etdik. “Hədiyyə” adı ilə həm səyyar formada, həm də mağazalarda satılan belə məhsulların keyfiyyəti qeyri-dəqiq, qiyməti isə baha idi. Satıcılardan biri isə bu “hədiyyə”lərin Sədərək Ticarət Mərkəzindən alınan keyfiyyətsiz və ucuz məhsullardan hazırladıqlarını etiraf etdi.
Azyaşlı övladları ilə gəzintiyə çıxan valideyn Elvin Məmmədov bu barədə fikirlərini bölüşərkən bayram ərəfəsində hədiyyə formasında satılan bəzəkli qutuların uşaqların diqqətini çəkdiyini dedi: “Qiyməti dəyərindən nə qədər baha olsa da, övladlarımızın qəlbini qırmamaq üçün pulumuzdan keçirik, istədiklərini almağa çalışırıq, əks halda, bizdən küsürlər. Elə yarım saat əvvəl uşaqlar üçün hazırlanmış bayram bağlamasını aldım. Açanda çox təəssüfləndim. Hədiyyənin içərisindən vaxtı keçmiş, rəngini, formasını dəyişmiş şokolad çıxdı. Daha söz vermişəm ki, heç vaxt belə hədiyyələr almayacağam”.
İstehlakçıların hüquqlarını qorumalı olan strukturlar niyə susurlar
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Yeni il qabağı müxtəlif növ hədiyyələrin, bəzi məhsulların qiymətində süni bahalaşma baş verir. Bəzəkli qutulara xarici, yerli mallar qablaşdırılır və onların saxlanma şəraiti nəzərə alınmır. O, belə məhsulların təxminən 2-3 dəfə baha qiymətə Yeni il hədiyyəsi adı ilə insanlara satılmasının köhnə adət olduğunu dedi: “Ən pisi də odur valideynlər artıq pul xərcləyib bu məhsulları alıb heç nəyin fərqinə baxmadan uşaqlarına yedizdirirlər. Yeni il ərəfəsində zəhərlənmə halları ilə şikayətlərin çoxalmasının səbəbi də elə budur”.
E.Hüseynov əlavə etdi ki, istehlakçılar belə qutularda malları alan zaman onu mütləq açıb istehsal tarixinə, keyfiyyətinə baxmalıdırlar. Əgər diqqətli olsalar, yararsız məhsulu müəyyənləşdirib ondan imtina edə bilərlər. Belə halda alıcı onu aldatmağa çalışan satıcıya haqlı olaraq iradını da mütləq çatdırmalıdır və aidiyyəti üzrə tədbir görülməsinə çalışmalıdır.
Xatırladaq ki, süni qiymət artımına qarşı dövlət səviyyəsində mübarizə aparılır. Düzdür, bu istiqamətdə vəziyyət ötən illərə nisbətən yaxşılaşıb, amma yenə də ciddi problemlər qalmaqda davam edir. Göründüyü kimi, bayramlarda, xüsusi təqvim günlərində mal və ya xidmətlərin qiymətləri bəzən vəziyyətdən sui-istifadə səbəbindən yüksəldilir. Tamahlarının əsirinə çevrilən bir çox ticarətçilər daha çox qazanmaq hərisliyi ilə uşaqları belə “hədəf”ə almaqdan çəkinmirlər. Liberal iqtisadiyyat qanunlarına görə tələb təklifi üstələyərkən qiymətlər qalxır. Tələbin artması isə heç də həmişə təklifi üstələmir. Digər tərəfdən, sadə təcrübəyə istinad etsək, görərik ki, qiyməti yüksəltmək satıcının daha çox qazanmasına zəmanət vermir. Əslində, münasib, cəlbedici qiymətə daha çox mal satıb, yaxşı da qazanmaq mümkündür.
Demək, istehlak hüquqlarının qorunmasının təminini həyata keçirməli olan müvafiq strukturlar nəzarətlərini daha da artırmalı, real fəaliyyətə keçməlidirlər. Bu, ciddi məsələ olduğundan onların nə susmağa, nə də ki tədbir görməməyə haqları yoxdur.
© “Azərbaycan”
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
11 saat əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
1 gün əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
