"Oman Air" Azərbaycana birbaşa reys aça bilər
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılığı ilə “İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu nümayəndə heyəti Oman Sultanlığında səfərdədir.
Mədəniyyət və Turizm Nazirliyindən "Marja"ya verilən məlumata görə, YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti Oman tərəfi ilə bir sıra ikitərəfli görüşlər keçirib.
Dekabrın 11-də Oman Sultanlığının turizm naziri Əhməd bin Nasser Əl Məhrizi ilə görüşən N.Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd etdi.
Nazir Əhməd bin Nasser Əl Məhrizi öz növbəsində Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizin mədəniyyətinə, mətbəxinə, musiqisinə heyran qaldığını bildirdi. Nazir qeyd edib ki, Azərbaycan kimi ölkələr məhz öz mədəniyyətini dünya turizm bazarına çıxarmaqla böyük turist kütləsini cəlb etməyə qadirdir.
Dekabrın 12-də “Oman Air” şirkətinin baş direktoru və kommersiya üzrə vitse-prezidenti Əbdulrəhman Əl Busaydi və Oman Sultanlığının turizm nazirinin müavini Mayta Saif Məcid Əl Məhruqi ilə N.Səmədov arasında keçirilən görüşdə Omandan Azərbaycana gələn turistlərin sürətli artımı, bu artımın hava yolları şirkətləri üçün yaratdığı imkanlar müzakirə edilib. N.Səmədov "Oman Air" şirkətinin ölkəmizə birbaşa reys açılması perspektivlərinin araşdırılmasının önəmini, ölkəmizin əlverişli mövqeyinin başqa coğrafiyalara çıxışı asanlaşdırdığını vurğulayıb. Əbdulrəhman Əl Busaydi və Mayta Sayif Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını, əməkdaşlığın genişləndirilməsi məqsədilə 2018-ci ilin mart ayında keçiriləcək İTB Berlin-beynəlxalq turizm sərgisi çərçivəsində özəl sektor nümayəndələrinin görüşməsi üçün əlverişli zəmin yarandığını bildiriblər.
Görüşdə ölkələr arasında turizm əlaqələrinin gücləndirilməsi və yeni inkişaf müstəvisinə çıxması üçün birgə turizm komissiyasının fəaliyyəti razılaşdırılıb.
Səfər çərçivəsində həmçinin N.Səmədov ilə Bəhreyn Turizm və Sərgilər Təşkilatının Baş direktoru Xaled Bin Hamud Əl Xəlifə, İraq mədəniyyət, turizm və antik əşyalar naziri Firyad Hassan, İran Mədəni İrs, Əl işləri və Turizm Təşkilatının sədrinin müavini Mohammed Moheb Xudai və Dünya Bankının şəhərlər üzrə aparıcı mütəxəssisi Ahmed Eyveyda arasında da ikitərəfli görüşlər keçirilib.
Səfərin sonunda mədəniyyət və turizm nazirinin müavini Muskat şəhərinin Əsas Məscidi, Muskat Opera Evi, Sultan Sarayı və Oman Milli Muzeyi daxil olmaqla Muskatda yerləşən bir neçə mədəniyyət obyekti ilə tanış olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
29 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®


























