Azərbaycanda kapitalı 500 milyon manat olan şirkət yaranır
Toksit aktvlərdən 500 milyonluq şirkət çıxdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi təsdiq edilib.
"Marja" xəbər verir ki, Cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı hesabına formalaşır.
Cəmiyyətin nizamnamə kapitalı 500 000 000 (beş yüz milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 500 000 000 (beş yüz milyon) ədəd sənədsiz, adi, adlı səhmdən ibarətdir.
Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir.
Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə edilən daxilolmalar, Cəmiyyətin emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər, alınmış xarici kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Cəmiyyət qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyət, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Cəmiyyət xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanına əsasən yaradılmışdır.
Cəmiyyət tabeliyindəki müəssisələrdə aqrar və sənaye, o cümlədən aqrar-sənaye sahələrinin (bundan sonra – müvafiq sahə) davamlı inkişafını təmin edən, sənayeləşmə prosesini sürətləndirməklə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını, onların ölkə daxilində və xaricdə satışını təşkil edən, həmin malların (işlərin, xidmətlərin) istehsalında qabaqcıl texnologiyaların tətbiqini, habelə Cəmiyyətin mülkiyyətinə (balansına) verilmiş əmlakın idarə edilməsini həyata keçirən hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 saat sonra
-
40 d. əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
-
1 saat əvvəl
17 ildir Mərkəzi Bankda departament direktoru idi - Baş direktor təyin edildi
-
1 saat əvvəl
Pandora 150 milyon dollarlıq zavod açıb - şirkət laboratoriya almazlarına keçir
-
1 saat əvvəl
Nike-da vəziyyət ağırlaşır – səhmlər 40%-dən çox çöküb, yeni ixtisarlar gəlir
-
1 saat əvvəl
Rusiyanın iri neft müəssisələri PUA hücumuna məruz qalıb, yanğın başlayıb
-
1 saat əvvəl
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
-
2 saat əvvəl
Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım
-
2 saat əvvəl
Bakıda keçirilmiş böyük forumun təşkilinə milyonlar xərclənib – 4 müqavilənin məbləği açıqlandı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
Ən çox oxunanlar
Bakıda keçirilmiş böyük forumun təşkilinə milyonlar xərclənib – 4 müqavilənin məbləği açıqlandı
“AzerGold” qızıl və gümüş məhsullarına endirim edib
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir
Azərbaycan neftinin son qiyməti


























