“Əhalini dolların bahaşlamasına hazırlayırlar”
Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Azərbaycanda tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparıldığını və bu proqramın tezliklə ictimaiyyətə təqdim ediləcəyini bildirib. Qeyd edək ki, ötən ilin sonunda E.Rüstəmov “üzən məzənnə”yə keçidi rəsmi şəkildə elan etmişdi. Bununla belə, müəyyən hallarda bazara Mərkəzi Bank tərəfindən müdaxilələr edilirdi. Bəs, tam “üzən məzənnə”yə keçidə hazırlıqla bağlı açıqlama nədən xəbər verir?
“Əhalini dolların bahaşlamasına hazırlayırlar”
İqtisadi ekspertlər bildirirlər ki, Mərkəzi Bank sədrinin tam “üzən məzənnə” açıqlaması əhalini dolların bahalaşmağa davam etməsinə hazırlamaqdan xəbər verir. Ekspert Ramin Rəhimov bildirib ki, indiyə qədər Mərkəzi Bank müəyyən hallarda bazara dollar çıxarırdı, hərraclarda iştirak edirdi. Bundan əlavə, bəzi hallarda hərracın nəticəsindən aslı olmayaraq məzənnəyə müdaxilə edirdi.
Mərkəzi Bank hərraca pul çıxarmayacaq
Tam “üzən məzənnə”yə keçid nəticəsində artıq bu proses dayanacaq. Onun sözlərinə görə, AMB-nin ehtiyatları 4 milyard dollara qədər azaldığından psixoloji həddi keçməmək üçün valyuta hərraclarına dollar çıxarmağı dayandıracaq.
Banklar dolları ABM-nin məzənnəsi ilə satacaq
Eyni zamanda, bankların dollar satışına qoyulan +-4% spred aradan qaldırılacaq. Banklar AMB-nin məzənnəsinə uyğun olaraq valyutadəyişmə əməliyyatlarını həyata keçirəcəklər. Ekspert hesab edir ki, tam “üzən məzənnə”yə keçidin ilkin mərhələsində ola bilsin ki, bankların 4%-lik marja ilə dollar satışı davam etsin. Bu da yarana biləcək manipulyasiyanın qarşısını almaq məqsədinə xidmət edir.
Manatın taleyi hərracın nəticəsindən asılı olacaq
Ümumilikdə bütün bu sadalananlar isə o deməkdir ki, manatın məzənnəsi valyuta hərracının nəticəsindən birbaşa aslı olacaq. Yəni, valyuta hərracının sonunda müəyyən olunan kurs qüvvədə olacaq və Mərkəzi Bank məhz həmin kursa hər hansı dəyişiklik etməyəcək. O bildirib ki, AMB hərraca dollar çıxarılışını dayandırsa da, Neft Fondu bazara dollar çıxarmaqda davam edəcək.
Hazırda dolların real qiyməti 2 manatdan yüksəkdir
Manatın məzənnəsinə gəlincə, ekspert hazırda dolların real qiymətinin 2 manatdan yüksək olduğunu açıqlayıb. Onun sözlərinə görə, tam “üzən məzənnə” dövründə manatın taleyi əsasən neftin qiymətindən asılı olacaq.
FED-in müsbət cavabı dolları 1,85-də saxlaya bilər
R.Rəhimovun sözlərinə görə, OPEC ölkələrinin hasilatı azaltmaq qərarı hazırda neftin qiymətinin 54-55 dollara qədər yüksəlməsinə səbəb olub. Neftin qiyməti bu həddən aşağı düşməzsə, dolların bahalaşma sürəti azalacaq. Həmçinin, bu həftə ərzində FED-in növbəti yığıncağında uçot dərəcəsinin artırılması məsələsi müzakirə olunacaq. FED bu dəfə uçot dərəcəsini artırmazsa, neftin hazırki qiyməti ilə dolların məzənnəsi 1,85 manat səviyyəsində qala bilər.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
9 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 9 saat əvvəl
-
10 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 10 saat əvvəl
-
10 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə





















