İlk dəfə dövlət büdcəsinə dividend ödəyəcək
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalar 2018-ci ilin dövlət büdcəsi layihəsində 3,180 mln. manat nəzərdə tutulub ki, bu 2016-cı ilin müvafiq icra göstəricisindən 2,563 mln. manat və ya 5,1 dəfə, 2017-ci ilin proqnoz göstəricisindən isə 2,770 mln. min manat və ya 1,9 dəfə azdır.
Bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmaların 2018-ci il üçün nəzərdə tutulmuş məbləğ 2017-ci ilin müvafiq proqnozu ilə müqayisədə "Aqrarkredit" QSC üzrə 10 min manat və ya 6,7% çox, "Azər-Türk Bank" ASC üzrə 2,428 mln. manat və ya 2,4 dəfə az olmaqla proqnozlaşdırılıb, "Azərlotereya" ASC üzrə isə 2018-ci il üçün nəzərdə tutulmuş dividendlərin məbləği (1,287 mln. manat) 2017-ci ilin müvafiq proqnozundan (1,682 mln. manat) 395 min manat və ya 24,5% az nəzərdə tutulub.
İlk dəfə olaraq, 2018-ci ildə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan, lakin nazirliyin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC üzrə dövlət büdcəsinə 43 min manat dividend ödənilməsi proqnozlaşdırılıb.
Göründüyü kimi, bu mənbə üzrə 2018-ci ildə nəzərdə tutulmuş daxilolmaların azalması əsasən "Azər-Türk Bank" ASC tərəfindən dövlət büdcəsinə ödəniləcək dividend məbləğinin proqnozlaşdırılmış azalması ilə bağlıdır.
Qeyd etmək olar ki, "Azerlotereya" ASC-nin mənfəət və zərərlər hesabatına əsasən bankın xalis mənfəəti 2015-ci ildə 1 mln. 655,1 min manat, 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabata əsasən bank hesablarında qalıqlar 3 mln. 36,9 min manat təşkil edib, 2016-cı ildə ödənilmiş 500 min manat 2015-ci ildəki fəaliyyətinin maliyyə nəticələri üzrə olub. "Azerlotereya" ASC-nin xalis mənfəəti 2016-cı ildə 2 mln. 691,8 min manat, bank hesablarında 31 dekabr 2016-cı il tarixə qalıqlar 2 mln. 58,8 min manat olub ki, bundan 2017-ci ilin 8 ayı ərzində dövlət büdcəsinə 500 min manat ödənilibr. Beləliklə, "Azerlotereya"nın maliyyə imkanlarının yetərli olmasına baxmayaraq, son üç il ərzində təşkilatın ASC-nin dövlət büdcəsinə ödəniləcək dividend məbləğləri azalma ilə proqnozlaşdırılıb (2016-cı ildə 1,860 mln. manat, 2017-ci ildə 1,682 mln. manat, 2018-ci ildə 1,287 mln. manat), eyni zamanda icra səviyyəsi aşağı olub.
Ümumiyyətlə 2017-ci ilin 8 aylıq icra göstəricilərinə əsasən səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 1,925 min manat daxil olub ki, bundan 1,425 mln. manat "Azər-Türk Bank" ASC, 500 min manat isə "Azerlotereya" ASC tərəfindən 2016-cı ildəki fəaliyyətinin nəticələri üzrə ödənilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
41 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
1 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























