Gələn il yerli istehsalçılara daha çox vəsait ödəniləcək

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin doqquz aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Səhmdar Cəmiyyətin aidiyyatı struktur, regional idarə və rayon dayaq məntəqələrinin rəhbərləri iştirak ediblər.
ASC-dən "Marja"ya daxilolmuş məlumata görə, müşavirəni giriş nitqi ilə açan Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov qurumun təşkilatlanması və ölkə üzrə qurulmuş tədarük-təchizat sistemi haqda danışıb. X.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 1944 №-li Sərəncamı ilə yaradılmış qurumun normal fəaliyyəti üçün ötən müddət ərzində zəruri infrastruktur qurulub, Bakı şəhərində əsas logistika mərkəzi olmaqla 12 regional bölmə, 46 rayonda dayaq məntəqələri yaradılmış və regional bölmələr üçün inzibati bina, eləcədə anbarlar icarəyə götürülmüş, lazımi avadanlıqlarla təchiz edilmişdir.
Hazırda Səhmdar Cəmiyyətin istifadəsində ümumi tutumu 19 000 m2 -dən çox anbar təsərrüfatı mövcuddur.
Sədr müavini bildirib ki, Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən 863 satınalan təşkilatla 1919 təchizat nöqtəsinə məhsul təchizatı ilə bağlı müqavilələr bağlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na müvafiq olaraq elektron portal (www.tedaruk.az) yaradılmış və 2016-cı il 8 noyabr tarixində istifadəyə verilmişdir. Elə həmin tarixdən satınalan təşkilatların tələbatları əsasında 173 növ məhsul üzrə satınalma elanı həmin portalda yerləşdirilmişdir.
2017-ci ilin 9 ayı ərzində dövlət büdcəsindən maliyyələşən dövlət satınalan təşkilatları 18 məhsul növü üzrə 37 min ton həcmində ərzaq məhsulları ilə təmin edilmiş, satın alınan məhsulun dəyəri 66 milyon 497 min manat təşkil etmişdir. Bunun böyük hissəsi (395 nəfəri fermer və 276-ı şirkət olmaqla) yerli istehsalçılardan alınmışdır, bu böyük həcmində vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir. 2018-ci illər üzrə satınalan təşkilatların təlabat həcmi proqnoz olaraq 79 min 409 ton müəyyən olunub. Bu isə o deməkdir ki, gələn il yerli istehsalçılara daha çox vəsait ödəniləcək.
Məhsul istehsalı üçün avans ödənişi ilə bağlı, cari ilin aprel ayından etibarən Səhmdar Cəmiyyət tərəfindən kütləvi informasiya vasitələrində elanlar verilmiş və geniş təbliğat işləri aparılmışdır. Bu proses nəticəsində 309 istehsalçıdan müxtəlif məhsullar üzrə müraciət daxil olmuşdur. Həmin istehsalçıların monitorinqi həyata keçirilərək, istehsal potensialı və təqdim edilən sənədlərin düzgünlüyü təsdiq olunan 123 təsərrüfat subyektinə 11 adda məhsul istehsalı üçün 2 729 459 manat avans ödənilmişdir.
Müşavirədə çıxış edən Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Elşən Əsədov isə bildirib ki, qurum tərəfindən 9 ay ərzində beynəlxalq əlaqələrin qurulması, yerli məhsulların xarici bazarlara ixracı, böyük ölkələrin satış şəbəkələri ilə münasibətlətin qurulması sahəsində mühüm addımlar atılıb. Azərbaycan məhsullarının daxili təlabatdan artıq qalan hissəsinin dünya bazarlarına ixrac olunması, yerli istehsalın dəstəklənməsi istiqamətində qurum fəaliyyətini aktiv şəkildə təşkil etmiş, milyon manatlarla dəyərində məhsul xarici ölkələrə ixrac edilmişdir. Cari ilin yanvar-sentyabr aylarında ümumi həcmi 81,3 min tona yaxın kənd təsərrüfatı məhsulu birbaşa istehsalçılardan tədarük edilərək satınalan təşkilatların təchizatına və ya daxili və xarici bazarlara yönləndirilmişdir.
Natiq vurğulayıb ki, ötən müddət ərzində qazanılmış uğurlardan biri də qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinq siyahısında Səhmdar Cəmiyyətin yer tutmasıdır. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı 2017-ci ilin 9 ayı ərzində ölkədə qeyri-neft sektoru üzrə ixrac icmalına əsasən, ”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 32.2 milyon dollarlıq ixrac həcmi ilə siyahıda 5-cidir.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra perspektiv məsələlər müzakirə olunub. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş kompleks tədbirlərə uyğun olaraq yaxın gələcəkdə regional tədarük bazalarının yaradılması, xırda fermer təsərrüfatlarına dəstəyin verilməsi, istehsalçılarla qarşılıqlı iqtisadi münasibətlətin qurulması, tədarük olunan məhsul çeşidinin artırılması, avans mexanizminin təkmilləşdirilməsi, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi, satınalan təşkilatlara daha keyfiyyətli ərzaqla təminatının qurulması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədə çıxış edənlər ölkə prezidenti tərəfindən Səhmdar Cəmiyyətin qarşısına qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə inamlarını ifadə ediblər.
Struktur idarə rəhbərlərinə tədarük-təchizat sisteminin daha da yaxşılaşdırılması üçün lazımi tapşırıqlar verilib.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
1 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
2 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
2 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
-
2 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
2 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 3 gün əvvəl
-
3 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Ən çox oxunanlar

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
