"Səba"nın satışları artıb
"Səba" ASC-nin satışları artıb.
"Marja" şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı ildə ASC-nin satışları 48 milyon 216 min manat təşkil edib. Bu, 2015-ci illə müqayisədə 2 milyon 422 min manat və ya 5,3% çoxdur. "Səba" ASC 2015-ci ildə 45 milyon 794 min manat satış reallaşdırmışdı.
2016-cı ildə "Səba" ASC-nin cəmi xərcləri 51 milyon 557 min manat təşkil edib. Xərclər gəlirlərdən çox olduğundan ASC ötən ili 3 milyon 341 min manat zərər ilə bağlayıb. ASC-nin xərclərinin 36,4 miyon manatını material xərcləri təşkil edib.
Qeyd edək ki, "Səba" ASC ucuz yem istehsalına və yeni mağazalarının açılmasına böyük sərmayə yatırır. Bu səbəbdən də şirkətin xərcləri yüksək olur. Qarşıdakı illərdə sərmayələrin geri dönüşünün artması ilə ASC-nin mənfəətə keçəcəyi gözlənilir.
Qeyd edək ki, "SƏBA" ticarət nişanı hazırda "SƏBA” ASC, "Biləsuvar Aqro" MMC və "Qarabağ Taxıl" MMC və “ Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.
“Qarabağ Taxıl” MMC-nin torpaqdan aldığı əkinçilik məhsulları “SƏBA”ya göndərilir. “SƏBA” yetişdiriyi quşların qidasını özü təmin edir və bununla da qidalanmanın kefiyyətindən əmin olur. “SƏBA”da yetişdirilmiş quşçuluq məhsulları “Dərin Emal” MMC-yə yönəldilir. Burada toyuq əti dərin emal prosesi keçərək yarımfabrikat məhsulları hazırlanır. Bu fəaliyyət “SƏBA”nın “Təbiətdən mətbəxə” konsepsiyasına tam uyğun gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























