“Schneider Electrıc”: Azərbaycandakı şirkətimizin adı dəyişdirilib - YENİLƏNİB
“Schneider Electrıc” şirkəti, "Schneider Elektrik Sanayi ve Ticaret A. Ş."-nin Azərbaycandakı filialının ləğv olunduğu barədə xəbərə münasibət bildirib.
Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada deyilir:
Azərbaycan Respublikasında 1994-cü ildən fəaliyyətini başlayan dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşan və 100-dən çox ölkədə fəaliyyət göstərən “Schneider Electrıc” şirkəti əməliyyatlarını genişləndirərək Azərbaycan Respublikasında hüquqi adını dəyişərək 18 oktyabr 2017-ci il tarixindən etibarən “Schneider Electric Middle East Projects” şirkətini kimi davam etdirəcəkdir.
“Schneider Electric” şirkətinin Mərkəzi Asiya Ölkələri üzrə Prezidenti Emrah Tekdemir deyib: “Biz Azərbaycanda sürətli inkişafı görməkdən məmnunluq duyur və enerji idarəetməsi sahəsində öz məhsul və texnologiyalarımızı təklif edərək həmin yüksəlişə töhfə vermək istəyirik. Azərbaycandakı uğurumuzun davamı olaraq biz Bakını Orta Asiya ölkərində fəaliyyətimizin mərkəzi kimi müəyyənləşdirdik. Bu da öz növbəsində dünyada tanınmış şirkətin fəaliyyətində Azərbaycanın xüsusi rolunu bir daha vurğulayır".
"Schneider Electric" şirkəti Bakıda ofisini 2006-cı ildə açmışdır və Azərbaycanda energetika və infrastruktur layihələrdə, enerji təminatında, biznes və yaşayış binalarda, IT sahələrində enerjinin səmərəli istifadəsi və idarə olunması sahələrində məhsullarını və xidmətlərini uğurla təqdim etməkdə davam edir.
“Schneider Electric” şirkəti haqqında məlumat
Dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşan və 100-dən çox ölkədə fəaliyyət göstərən “Schneıder Electrıc” şirkəti bir çox bazar seqmenti üzrə kompleks həll variantlarını təklif etməklə yanaşı, həm də kommunal xidmətlər və infrastruktur, habelə sənaye sahələri və texnika istehsalçıları, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri, eləcə də yaşayış binaları kimi sahələrdə hakim mövqeyə malikdir.
Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, sərfəli və ekoloji baxımdan zərərsiz şəkildə istifadə olunmasına yönəldən şirkətlər qrupu 144.000 nəfərdən çox işçi heyəti sayəsində satış həcmini 2016-cı ildə 25 milyard avroya qədər yüksəltməyə müvəffəq olmuş və beləliklə də fiziki şəxslərin və ayrı-ayrı təşkilatların öz enerjilərini maksimum səmərə ilə istifadə etmələrinə fəal surətdə kömək etmək əzmini nümayiş etdirmişdir.
XXX
"Schneider Elektrik Sanayi ve Ticaret A. Ş."-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında dərc olunan elanda deyilir.
Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ("Demirchi Plaza") ünvanına bildirə bilərlər.
Fransanın "Schneider Electric" şirkəti 1836-cı ildən etibarən fəaliyyət göstərir və hazırda dünyanın ən iri sənaye şirkətlərindən biridir.
© APA
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 d. əvvəl
-
-
34 d. əvvəl
İxracdakı 4,1 milyard dollarlıq artımın 90 faizi qızıl ixracının hesabınadır
- 59 d. əvvəl
-
1 saat əvvəl
İlk faza sürətlə satıldı, indi 2-ci faza satışdadır - 1 kv.m 1600 manatdan
-
1 saat əvvəl
Azərbaycan avtomobil idxalına “əyləc basdı” – bazar 363 milyon dollar kiçilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub ®
-
2 saat əvvəl
19 illik təcrübəyə malik Əmir Məmmədov PAŞA Holding-də yüksək vəzifəyə təyin olundu
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Restoran tamamilə yanıb
Meta 1,4 trilyon dollarlıq məhkəmə riski ilə üz-üzədir
Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub ®
19 illik təcrübəyə malik Əmir Məmmədov PAŞA Holding-də yüksək vəzifəyə təyin olundu
1997-ci ildə bir məntəqə ilə başladı, indi sayı 110-a çatıb
Tramp "Məkkə sazişini" alqışlayıb

























