Bu il feyxoa azdır
Cənub bölgəsində feyxoanın yığımına başlanılıb. Bu il yığım gecikib, məhsul da azdır. Amma qiymətlər hələlik təsərüfatçıları qane edir. Tədarükçülər isə vəziyyətdən gileylidir. Məhsulun azlığı və tədarükdə yaranan çətinliklər vaxt itkisi ilə yanaşı, onları artıq xərcə salır.
Bir neçə gündür feyxoa yğımına başlayan astaralı sitrusçular hələlik tezyetişın məhsulu toplayırlar. Bu sortdan hər təsərrüfatda olmadığı üçün məhsul da azdır.
Bu il tezyetişən feyxoa sortlarının da yığmına gec başlanılıb. Səbəb havaların quraq keçməsi və yağıntıların az olmamsıdır.
Təsərrüfat sahibi Xalidə Soltanova: “Suyumuz olmadı suvara bilmədik. Bir dəfə iki dəfə. Yağıntı da olmadı. İndi yağıntıdır amma bundan sonra gecdir. Keçən il 5 tondan çox yığdıq. Bu il də gözlüyürük də. Keçən ilki kimi olamaz, yenə də 3-4 ton olar.”
Məhsul az olsa da ilkin qiymətlər təsərrüfat sahiblərinin ürəyincədir. Onların sözlərinə görə feyxoaya tələbat həmişə olur. Hətta məhsul yetişməmişdən bir çox tədarükçülər gəlib beh də verirlər. Həyətlərdən tədarük edilən məhsul isə əsasən Rusiya bazarlarına göndərilir.
Təsərrüfat sahibi Anar Rəhmətov: “Bir manat yarımdan – iki manat aralarında olduğuna görə indi dərim yaxşıdı. Kəndçilərimizə də sərf edir.
Təsərrüfat sahibi Sədayət Soltanov: “Süftə 2 manata – 1 manat 80 qəpiyə, 3 manata da olur.”
Tədarük məntəqələrində isə vəziyyət bir o qədər də ürəkaçan deyil. Belə ki, məhsulun azlığı tədarükçulərin işini çətinə salıb.
Tədarükçü Mahir Məmmədov: “Ton yarım 2 günə yığılır. O da alınmır. Çünki məhsulun gərək tonnajı çox olsun ki, Rus mahalına göndərəndə sərfiyyatı ucuz olsun.”
Tədarükçü Nizami Hüseynov: “Bu vaxtı hər il 50-100 ton məhsul yığardıq. Bu il məhsul az olduğuna görə haradasa 3-4, 5-6 ton yığım güclə olur.”
Tezyetişən feyxoanın yığımı oktyabrın axırlarınadək, ümumi yığım isə növündən asılı olaraq dekabr ayınadək davam edəcək. Astara Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə ötən il 409, 2 ha məhsuldar feyxoa bağından 4 min 989,1 ton məhsul yığılıb. Bu il isə bu göstəricinin bir qədər aşağı olacağı gözlənilir.
© ARB
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























