970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dünya enerji sənayesinin rəhbərləri Bakıda toplaşacaq

2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək. Qlobal enerji gündəmi 2030-cu ildə Bakıda müzakirə olunacaq
AzVak-mobil_resmin_ustu_31
Dünya enerji sənayesinin rəhbərləri Bakıda toplaşacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2030-cu ildə Bakıda keçiriləcək 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi ilə bağlı “WPC Energy” və “WPC Energy”nin Azərbaycan Milli Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının Energetika Nazirliyində keçirilən görüşdə energetika naziri Pərviz Şahbazov və “WPC Energy”nin prezidenti Pedro Miras imzalayıblar.

Görüşdə Konqresə hazırlıq prosesi, təşkilati məsələlər və tədbirə qədərki dövrdə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Reklam_3_11

Energetika naziri Pərviz Şahbazov bildirib: “Dünya neft sənayesinin beşiyi olan Azərbaycanda “WPC Energy” Konqresinin keçirilməsi bu mötəbər beynəlxalq tədbirin öz tarixi köklərinə qayıdışı baxımından xüsusi əhəmiyyət daşıyır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatının həyata keçirildiyi, neft sənayesinin inkişafında mühüm yeniliklərə imza atmış Azərbaycanın 2030-cu ildə bu Konqresə ev sahibliyi etməsi həm tarixi, həm də strateji məna daşıyır. 30 ildən artıqdır keçirilən Bakı Enerji Həftəsinin zəngin təcrübəsi, eləcə də ölkəmizin beynəlxalq tədbirlərin təşkilində qazandığı uğurlar 27-ci “WPC Energy” Konqresinin yüksək səviyyədə keçirilməsi üçün möhkəm əsas yaradır. İnanırıq ki, Bakı Konqresi enerji sənayesinin tarixi irsi ilə müasir inkişaf istiqamətlərini bir araya gətirərək qlobal enerji dialoquna və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”.

“WPC Energy”nin prezidenti Pedro Miras bildirib: “Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi edəcəyindən böyük məmnunluq duyuruq. Azərbaycan qlobal enerji sənayesinin tarixində və inkişafında mühüm rol oynayıb. Ölkənin beynəlxalq enerji dialoquna davamlı töhfələri bu mühüm tədbirə ev sahibliyi etməsini xüsusilə əlamətdar edir. Konqres dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, enerji sənayesinin rəhbərlərini, ekspertləri və digər maraqlı tərəfləri bir araya gətirərək fikir mübadiləsi aparmaq, ortaq çağırışları müzakirə etmək və enerjinin gələcəyi üçün praktik həll yollarını araşdırmaq baxımından mühüm imkan yaradacaq. Bakıda uğurlu Konqresin keçirilməsi üçün azərbaycanlı tərəfdaşlarımızla sıx əməkdaşlığı və “WPC Energy”nin qlobal ictimaiyyətini Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Azərbaycanın 2030-cu ildə keçiriləcək 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi edəcəyi 21 aprel 2026-cı ildə rəsmən təsdiqlənib. Əsası 1933-cü ildə qoyulmuş və iki ildən bir keçirilən Konqres dünyanın ən nüfuzlu enerji platformalarından biridir. Bütün enerji sektorunu, qlobal enerji çağırışlarını və praktik həll yollarını əhatə edən Konqres beynəlxalq dialoq və əməkdaşlıq üçün unikal platforma rolunu oynayır. Bu tədbirə ev sahibliyi Azərbaycanın beynəlxalq enerji məkanındakı mövqeyinin möhkəmləndirilməsi və strateji tərəfdaşlıqlarının daha da genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.

1933-cü ildə Dünya Neft Şurası (World Petroleum Council - WPC) adı ilə yaradılmış təşkilat 2023-cü ildən “WPC Energy” adı altında fəaliyyət göstərir. Qlobal enerji istehsalı və istehlakının 96 faizini təşkil edən 60 ölkənin nümayəndələrini birləşdirən WPC Energy öz fəaliyyətini Milli Komitələr şəbəkəsi vasitəsilə həyata keçirir. Bu şəbəkəyə 2005-ci ildə yaradılmış “WPC Energy”nin Azərbaycan Milli Komitəsi də daxildir.

WPC Energy Konqresi 27-ci WPC Energy Konqresi Bakı 2030 Dünya Neft Şurası Azərbaycan Energetika Nazirliyi Pərviz Şahbazov Pedro Miras Bakı Enerji Həftəsi WPC Energy Azərbaycan Milli Komitəsi
16.11.2026 13:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar