970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Enerji idarəçisi təyin edilməsə, kim nə qədər cərimə ödəyir?

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb. 10 min kvadratmetr həddi – Hansı binalarda enerji idarəçisi məcburidir? Enerji idarəçisi təyin etməyən şirkətlər 3 min manatadək cərimələnə bilər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Enerji idarəçisi təyin edilməsə, kim nə qədər cərimə ödəyir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə enerji idarəçiləri institutunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İndiyədək ölkə üzrə 140 nəfər attestasiyadan uğurla keçərək enerji idarəçisi olmaq hüququ qazanıb.

Marja.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, enerji idarəçisi müəssisələrdə və qeyri-yaşayış binalarında enerji istehlakının mütəmadi izlənilməsi, enerji itkilərinin və qənaət imkanlarının müəyyənləşdirilməsi, eləcə də enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır. Onun fəaliyyəti səmərəsiz istehlakın qarşısının alınmasına və enerji xərclərinin azaldılmasına xidmət edir.

Enerji idarəçiliyi müəssisələr üçün həm qanunvericilikdən irəli gələn öhdəlik, həm də iqtisadi səmərəliliyin artırılmasına imkan yaradan idarəetmə mexanizmidir. Enerji istehlakının sistemli təhlili əsasında itkilərin mənbələrinin müəyyənləşdirilməsi və müvafiq texniki-təşkilati tədbirlərin həyata keçirilməsi müəssisələrin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verir.

Qanunvericiliyə əsasən, illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, habelə tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi məcburidir. Enerji idarəçisinin təyin edilməsi təsərrüfat subyektinin rəhbəri və ya qeyri-yaşayış binasının mülkiyyətçisi tərəfindən yaradılan beş nəfərdən ibarət Attestasiya Komissiyası vasitəsilə həyata keçirilir. Komissiyanın üzvlərindən biri Energetika Nazirliyinin nümayəndəsi olur. Nazirliyin nümayəndəsinin müəyyənləşdirilməsi üçün müraciətlər Enerji Effektivliyi İnformasiya Sistemi (EEİS) vasitəsilə təqdim edilir.

Qeyd edək ki, enerji idarəçisinin təyin edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 279.0.3-cü maddəsinə əsasən, bu tələbin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

Energetika Nazirliyi enerji idarəçisinin təyin edilməsinə yalnız qanunvericilik tələbinin yerinə yetirilməsi kimi deyil, enerji istehlakının optimallaşdırılması, qənaət imkanlarının reallaşdırılması və xərclərin azaldılması baxımından da yanaşılmasını tövsiyə edir. Nazirlik qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğun gələn, lakin hələ də enerji idarəçisi təyin etməyən təsərrüfat subyektlərinin rəhbərlərini və qeyri-yaşayış binalarının mülkiyyətçilərini bu istiqamətdə zəruri tədbirlərin görülməsini sürətləndirməyə çağırır.

Xatırladaq ki, enerji idarəçilərinin təyin edilməsi və attestasiyadan keçirilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” ilə tənzimlənir.

enerji idarəçisi enerji meneceri enerji idarəçisi attestasiyası enerji idarəçisi təyin edilməsi Energetika Nazirliyi enerji səmərəliliyi enerji istehlakı qeyri-yaşayış binaları Enerji Effektivliyi İnformasiya Sistemi EEİS enerji idarəçisi üzrə cərimə
16.11.2026 12:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar