1 milyon manatlıq buraxılış, 100 min manatlıq tələb - “Legion Financial”ın istiqraz buraxılışının 10 faizi yerləşdirilib
“Legion Financial”ın 1 milyon manatlıq istiqraz buraxılışının 10 faizi yerləşdirilib. “Legion Financial”ın 16 faizli istiqrazlarının onda biri satılıb.“Legion Financial” ASC-nin 16 faiz kupon dərəcəli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 12 noyabr 2026-cı ildə yekunlaşıb. Şirkət 1 milyon manatlıq buraxılış üzrə 100 min manat cəlb edib.
Marja.az Bakı Fond Birjasının (BFB) məlumatına istinadən xəbər verir ki, hərracda 52 investor 52 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi həcmi 100 min manat təşkil edib. Hər istiqraz 100 manata satılıb. Bu qiymətlə buraxılışa daxil olan 10 min istiqrazdan min ədədi yerləşdirilib.
Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazların tədavül müddəti 12 aydır. Faizlər buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə birqiymətli hərracda aparılıb.
BFB-nin Listinq Komitəsi istiqrazların ticarətə buraxılmasına noyabrın 5-də icazə verib. Hərracın nəticələri birjanın listinq qaydalarının 4.6-cı bəndinin tələblərinə cavab verdiyindən istiqrazlar Standart Bazar listinq seqmentinə alınır.
Buraxılışın ISIN kodu AZ2005025468, anderrayteri isə “Troni İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
8 d. əvvəl
Azərbaycanda illik inflyasiyanın tempi 0,3 faiz bəndi yavaşlayıb
- 12 d. əvvəl
-
21 d. əvvəl
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
- 29 d. əvvəl
-
1 saat əvvəl
Şəkidə 150 illik 100-dən çox ağacı kəsib satıblar – Əməliyyat keçirilib, 6 nəfər saxlanılıb
-
1 saat əvvəl
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
-
1 saat əvvəl
Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər
-
1 saat əvvəl
Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
1 milyon manatlıq buraxılış, 100 min manatlıq tələb - “Legion Financial”ın istiqraz buraxılışının 10 faizi yerləşdirilib
Dövlət büdcəsinin xərcləri 1 milyard manatdan çox artıb
Şəkidə 150 illik 100-dən çox ağacı kəsib satıblar – Əməliyyat keçirilib, 6 nəfər saxlanılıb
Ən çox oxunanlar
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
100 manatlıq istiqraz, illik 18 faiz gəlir

























