Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər

Sahibkarlar böyüdükcə vergi güzəşti qazanacaqlar. Azərbaycanda mikro sahibkarlara yeni vergi subsidiyası tətbiq ediləcək. Mikro sahibkarlar üçün yeni imkan – Əvvəlki ilin vergiləri sonrakı öhdəliklərdən çıxılacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Mikro sahibkarlıq subyektlərinin dövriyyə parametrlərinə əsasən hər hansı yuxarı sahibkarlıq subyekti kateqoriyasına keçid etməsi şərti ilə vergi yükü azaldılacaq.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yuxarı kateqoriya sahibkarlıq subyektinə keçdikdə keçid edilən ildən əvvəlki mikro sahibkarlıq subyekti olduğu hesabat ili üzrə hesablanmış və ödənilmiş vergilərin (sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinə münasibətdə) 100 faizi həddində vergi güzəşti (subsidiyası) müəyyən ediləcək və həmin subsidiya məbləği illər üzrə silinmə məhdudiyyəti qoyulmadan yuxarı sahibkarlıq subyekti olduğu növbəti illər ərzində ümumi vergi öhdəliyindən çıxılacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Kiçik biznesə 5 illik vergi güzəşti veriləcək – mənfəət vergisi 25 faiz azaldılacaq

Kiçik sahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşir. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il müddətində fəaliyyət göstərən,vergi borcu olmayan və əvvəlki ilə münasibətdə dövriyyəsi 30 faizdən çox azalmayan müvafiq sahibkarlıq subyektlərinə vergi ili üzrə əmək münasibətlərinin pozulmaması şərti ilə gəlir/mənfəət vergisi məbləğinin 25%-i həcmində 5 il müddətinə güzəşt tətbiq olunacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hansı sahibkarlar mikro, kiçik və orta sahibkarlar hesab olunur?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır.İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır. KOB subyektinin kateqoriyası bu meyarlardan hansı daha yüksəkdirsə ona əsasən təyin olunur. Məsələn, sahibkarlıq subyektinin işçilərinin sayı 5, illik gəliri isə 250 min manatdır. Burada işçilərin sayı mikro sahibkarlıq, illik gəlir isə kiçik sahibkarlığa uyğun gəlir. Bu halda illik gəlir əsas götürülməklə sahibkarlıq subyekti kiçik sahibkar hesab olunur.  

mikro sahibkarlıq mikro sahibkarlar vergi güzəşti 100 faiz vergi subsidiyası kiçik sahibkarlıq biznesin böyüməsi sahibkarlıq kateqoriyaları sadələşdirilmiş vergi gəlir vergisi mənfəət vergisi Vergi Məcəlləsinə dəyişiklik sahibkarlara dövlət dəstəyi Azərbaycan vergi qanunvericiliyi biznes üçün vergi güzəştləri
06.11.2026 08:56
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19