Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!

AzVak-mobil_resmin_ustu_31
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən “Təbiətin Dostları Festivalı”nın baş sponsoru olub.

Mərkəzi Nəbatat Bağında təşkil olunan festival “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi və “Bu gün TV Media Qurumu”nun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə baş tutub. Sosial layihədə 20 Daun sindromlu yeniyetmə və onların valideynləri iştirak ediblər.

Festival çərçivəsində yeniyetmələr quş evcikləri və heyvan sığınacaqları hazırlayıb, rəsm, musiqi, rəqs və yoqa kimi müxtəlif fəaliyyətlərə qatılıblar. Tədbirin sonunda iştirakçılar tərəfindən 20 sülh göyərçini səmaya buraxılıb.

Tədbirdə çıxış edən Ziraat Bank Azərbaycanın Marketinq və Kommunikasiya Departamentinin direktoru Aynur Mirzəyeva belə sosial təşəbbüslərə dəstəyin bankın korporativ sosial məsuliyyət yanaşmasının mühüm hissəsi olduğunu vurğulayıb. O, inklüziv cəmiyyətin formalaşmasına, gənclərin sosial fəallığının artırılmasına və ekoloji dəyərlərin təşviqinə töhfə verməkdən məmnunluğunu ifadə edib.

Festivalın təşkilinə göstərdiyi dəstəyə görə Ziraat Bank Azərbaycan təşəkkürnamə ilə təltif olunub.

Ziraat Bank Azərbaycan bundan sonra da cəmiyyətin rifahına, ətraf mühitin qorunmasına və bərabər imkanların təşviqinə yönəlmiş sosial layihələri dəstəkləməyi hədəfləyir.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ziraat Bank Azərbaycan Ziraat Bank Azərbaycan ASC Təbiətin Dostları Festivalı Ziraat Bank sosial məsuliyyət Daun sindromlu yeniyetmələr inklüziv cəmiyyət ekoloji maarifləndirmə Mərkəzi Nəbatat Bağı Nurlu Sabah Gənclərə Qayğı İctimai Birliyi Bu gün TV Gənclər və İdman Nazirliyi Aynur Mirzəyeva Ziraat Maliyyə Qrupu Azərbaycanda sosial layihələr korporativ sosial məsuliyyət Ziraat Bank filialları
05.11.2026 18:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19