970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır

Maaşlar yalnız bank hesablarına köçürüləcək – Əmək Məcəlləsinə dəyişiklik. İşçilər maaş alacaqları bank hesabını özləri seçəcəklər
AzVak-mobil_resmin_ustu_31
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Əmək haqqı ödənişləri elektronlaşdırılacaq.

Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur.

Qeyd olunan normativ hüquqi aktın qəbul olunması nəticəsində, əmək haqqı kartına müvafiq köçürülmələr barədə məlumatların əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim edilməsi əmək münasibətlərində şəffaflığın artırılması və işçi hüquqlarının daha səmərəli müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir sistemin tətbiqi işəgötürənlərin əməkhaqqı ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmələrinə nəzarətin gücləndirilməsinə imkan verir. Nəticədə, əməkhaqqının ödənilməsində yaranan qanunsuzluqların, o cümlədən gecikmələrin, azaldılmaların və ya gizlədilmələrin aşkarlanması və aradan qaldırılması daha əlçatan olur. Bu isə əmək bazarında ədalətlilik və sosial ədalətin təmin olunmasına, işçilərin hüquqlarının qorunmasına, həmçinin sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə zəmin yaradır.

Nəzarət mexanizminin tətbiqi ilə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan işçi və işəgötürən arasında əmək münasibətlərinin şəffaflığını təmin edə biləcək, əməkhaqlarının duzgün ödənilməsini təmin edən effektiv nəzarət sisteminə sahib olacaq. Bu, həmçinin əmək münasibətlərində yaranan pozuntuların vaxtında müəyyən edilməsini və müvafiq tədbirlərin görülməsini asanlaşdıracaq. Beləliklə, əmək haqlarının ödənilməsinə dair müasir və effektiv nəzarət mexanizminin tətbiqi ölkədə əmək qanunvericiliyinin icrasının təkmilləşdirilməsinə, işçi hüquqlarının qorunmasına və əmək bazarının davamlı inkişafına mühüm töhfə verə bilər.

Nəticə etibarilə, əməyin ödənişi tam şəkildə elektronlaşacaq, işəgötürənlərin əmək ödənişlərinın uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq, gələcəkdə İşəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməyin ödənişi ilə bağlı gəlir vergisi sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac yaranmayacaq, rüblük bəyannamələr, aylıq məlumatlarla avaz olunacaq, əməyin ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq.

Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri güclənəcək, sığorta pensiya sistemində ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq, ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin itirilməsi və s hallarda orta aylıq əmək haqqının avtomatik hesablanması təmin ediləcək və vətəndaşın özünün gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.

İş elanları AzVak.az-da

© APA

Əməkhaqqı maaşların elektronlaşdırılması maaşların bank hesabına köçürülməsi əməkhaqqı kartı maaş kartı bank hesabının seçilməsi Əmək Məcəlləsinə dəyişiklik əməkhaqqının ödənilməsi qaydası nağdsız maaş ödənişləri işçilərin hüquqları işəgötürənlər əməkhaqqına dövlət nəzarəti qeyri-rəsmi məşğulluq sosial sığorta haqları MDSS işsizlikdən sığorta icbari tibbi sığorta rüblük bəyannamələr aylıq hesabatlar elektron əməkhaqqı sistemi əmək bazarı vergi hesabatlarının sadələşdirilməsi əməkhaqqı tarixçəsi.
05.11.2026 14:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19