Rabitəbank Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
Daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına töhfə verməyi sosial məsuliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirən Rabitəbank ekoloji təşəbbüslərə dəstəyini davam etdirir.
Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin növbəti nümunəsi olaraq Bank 8 Noyabr Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyasına qoşulub. Abşeron rayonunun Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya həm ətraf mühitin qorunmasına, həm də yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
Aksiya 13 mart 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə sektorunu təmsil edən altı assosiasiya arasında imzalanmış, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş ağacəkmə tədbirləri üzrə əməkdaşlıq memorandumuna əsasən həyata keçirilib.Memorandum çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə isə 1 milyon ağacın əkilməsi hədəflənir. Artıq dördüncü ildir davam edən bu genişmiqyaslı ekoloji təşəbbüsdə Rabitəbank da fəal iştirak edərək ölkədə yaşıllıqların artırılmasına və ekoloji tarazlığın qorunmasına öz töhfəsini verir.
Tədbir zamanı çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev təşəbbüsün davamlılığının təmin edilməsinin və əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, gələcək mərhələlərdə yeni ağacəkmə ərazilərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, layihənin işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağda da həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Aksiya çərçivəsində iştirakçılar tərəfindən 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Ümumilikdə isə Müşfiqabad qəsəbəsində ayrılmış 60 hektar sahədə yerli iqlim şəraitinə uyğun 40 minə yaxın müxtəlif növ ağacın əkilməsi və müvafiq suvarma infrastrukturunun yaradılması planlaşdırılır.
Rabitəbank üçün ekoloji dayanıqlılıq gələcək nəsillər qarşısında sosial məsuliyyətin ifadəsidir. Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərdə iştirakını davam etdirməyi, təbiətin mühafizəsinə və daha yaşıl gələcəyin formalaşmasına töhfə verməyi prioritet istiqamətlərindən biri hesab edir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
18 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
22 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
-
26 d. əvvəl
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası ®
-
30 d. əvvəl
Rabitəbank Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
-
50 d. əvvəl
Zeekr 001 yenilənir – 496 at gücü və 8 dəqiqəyə sürətli enerji doldurma imkanı
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və satış proqnozlarını azaldıb
-
1 saat əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ən çox oxunanlar
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Azərbaycan neftinin qiyməti düşüb




























