970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub

“FINCA Azerbaijan” 1 250 ağacın əkildiyi ekoloji aksiyaya qoşulub
iç səhifə xəbər başlığı altı (mobil)_31
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
iç səhifə xəbər şəkil altı (mobil)_32

“FINCA Azerbaijan” 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində maliyyə sektorunun iştirakı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib. Zəfər Günü ərəfəsində təşkil olunan tədbir ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədini daşıyıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan “FINCA Azerbaijan”ın əməkdaşları da ağacəkmə işlərinə qoşularaq təşəbbüsə töhfə veriblər.

Dövlət qurumlarının və maliyyə assosiasiyalarının rəhbər şəxslərinin, üzv təşkilatların 250-yə yaxın nümayəndəsinin qatıldığı aksiya zamanı 2 hektar sahədə ümumilikdə 1 250 Eldar şamı və zeytun ağacı əkilib.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və maliyyə sektoru assosiasiyalarının 13 mart 2023-cü ildə imzaladığı Anlaşma Memorandumu əsasında həyata keçirilib. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə başladılan təşəbbüs çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə 1 milyon ağacın əkilməsi hədəflənir.

“FINCA Azerbaijan” cəmiyyətin rifahına töhfə verməyi və ətraf mühitə məsuliyyətli münasibəti korporativ sosial məsuliyyət yanaşmasının mühüm hissəsi hesab edir. Təşkilatın aksiyada iştirakı daha yaşıl və sağlam gələcək naminə birgə fəaliyyətə verdiyi dəstəyin ifadəsidir.

1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendinin FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.

FINCA Azerbaijan FINCA Azərbaycan Azərbaycan Mikromaliyyə Assosiasiyası AMFA ağacəkmə aksiyası Müşfiqabad 1 250 ağac Eldar şamı zeytun ağacı Zəfər Günü Azərbaycan Mərkəzi Bankı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıl Azərbaycan korporativ sosial məsuliyyət ekoloji təşəbbüs maliyyə sektoru mikromaliyyə təşkilatları.
05.11.2026 10:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19