TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub.
4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edilib ki, ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədilə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində 60 hektar ərazidə iqlim şəraitinə uyğun 40 minə yaxın müxtəlif növ ağacın əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub.
Bildirilib ki, Zəfər Günü ərəfəsində təşkil edilən bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə bağlı müvafiq işlərin görülməsindən ibarətdir.
Artıq dörd ildir davam edən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müşaviri Bəhruz Balayev, ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, digər assosiasiyaların məsul şəxsləri və assosiasiyalara üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Qeyd edilib ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 6 d. əvvəl
- 7 d. əvvəl
-
10 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 11 d. əvvəl
-
12 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 24 d. əvvəl
-
26 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
43 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar

























