Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
Azərbaycan şirkəti Daşkənddə lüks yaşayış layihəsini genişləndirir – Marriott ilə yeni müqaviləAzərbaycanın “PAŞA Real Estate Qrup” şirkəti Özbəkistanın paytaxtı Daşkənddə yeni premium yaşayış layihəsinin həyata keçirilməsi məqsədilə dünyanın aparıcı mehmanxana operatorlarından biri olan “Marriott International” ilə strateji müqavilə imzalayıb.
Marja.az xəbər verir ki, bu barədə “PAŞA Real Estate Qrup”un yaydığı məlumatda bildirilir.
Müqaviləyə əsasən, Daşkənddə tikintisi davam edən üç binadan ibarət çoxfunksiyalı kompleksdə “JW Marriott Residences Tashkent” brendi altında yeni lüks yaşayış rezidensiyaları yaradılacaq.
Layihə çərçivəsində kompleksin bir binasında “The Ritz-Carlton, Tashkent” oteli və rezidensiyaları, digər iki binasında isə “JW Marriott Residences Tashkent” yerləşəcək. Beləliklə, Azərbaycan şirkətinin Özbəkistanda həyata keçirdiyi layihə çərçivəsində “Marriott International”ın iki beynəlxalq lüks brendi – “The Ritz-Carlton” və “JW Marriott” bir kompleksdə təmsil olunacaq.
Şirkətin məlumatına görə, layihə müasir memarlıq həlləri, yüksək səviyyəli yaşayış infrastrukturu, lüks ticarət və gəzinti zonaları, eləcə də beynəlxalq xidmət standartları ilə fərqlənəcək.
Kompleksin Daşkənddə premium yaşayış və mehmanxana xidmətləri seqmentinin inkişafına töhfə verməsi nəzərdə tutulur.
“PAŞA Real Estate Qrup” açıqlamasında regional fəaliyyətini genişləndirməyə və yeni bazarlarda dəyər yaratmağa davam etdiyini vurğulayıb.
Yeni müqavilə Azərbaycan şirkətinin Özbəkistanın daşınmaz əmlak bazarında fəaliyyətini genişləndirməsi, həmçinin beynəlxalq mehmanxana brendləri ilə əməkdaşlığını gücləndirməsi baxımından əhəmiyyət daşıyır.
Layihəyə yönəldiləcək investisiyanın həcmi, yaşayış sahələrinin sayı, satış qiymətləri və kompleksin istifadəyə veriləcəyi tarix açıqlanmayıb.
Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin 27 may 2025-ci il tarixli açıqlamasına əsasən, Daşkənddə “The Ritz-Carlton” brendi altında beşulduzlu hotel və yaşayış kompleksinin yaradılması layihəsinin dəyəri 200 milyon ABŞ dolları təşkil edir. Tikinti işlərinə 2024-cü ilin avqustunda başlanılıb. Bununla belə, yeni “JW Marriott Residences Tashkent” müqaviləsinin həmin investisiya məbləğini dəyişib-dəyişmədiyi açıqlanmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
10 d. əvvəl
Azərbaycanda dövlət xidmətlərinə süni intellekt gəlir – Yeni platforma yaradılacaq
-
17 d. əvvəl
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
-
38 d. əvvəl
Mərkəzi Bankdan kiçik banklara mesaj – Birləşmə və satınalma çıxış yolu ola bilər
-
47 d. əvvəl
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
- 51 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
-
1 saat əvvəl
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
Ən çox oxunanlar
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb
Oktyabrın 30-da gözlənilən hava şəraiti
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
Mərkəzi Bankın sədri Taleh Kazımovdan mühüm açıqlamalar - "Mərkəzi Bank kart limitlərini dəstəkləyir"
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur



























